Dövlət Türk teatrında
Aprelin 19-da səhnəmizin ən müqtədir aktyoru Abbasmirzə Şərifzadənin şərəfinə “Otello”, “Şahın bərbəri”, “Şeyx Sənan”, “Aydın” və “İblis” əsərlərindən aktyorluq nöqteyi-nəzərilə ən çətin və ağır pərdələri olmaq üzrə birər-ikişər pərdə oynadı. Bir oyunun ən həyəcanlı vəqəsini oyunun əvvəlindən tədricən ruhu hazırlamadan bütün dəhşətlə göstərmək çox güc olduğuna və xüsusilə bu oyunlar Abbasmirzə tərəfindən oynanılan qəhrəmanlara şəxsiyyət və tip etibarilə bir-birilə çox da uyğun olmadıqlarına baxmayaraq, möhtərəm aktyorumuz bu gecə hər pərdədə bir paltar geyinir, başqa bir ad taqınır və təsvir etdiyi vəqələri bütün həyəcanları ilə bütün duyğularını təsvir edərək, aktyorun nə qədər həssas və bir anda müxtəlif simalar taqınıb müxtəlif əhval-ruhiyyə yaşaya bildiyini böyük bir məharətlə göstərirdi.
Qalan aktyorlar da onunla umuz-umuza çalışırdılar. Aktrislərdən, xüsusilə, Mərziyə X a n ı m, Məxfurə X a n ı m gözəl idilər. Yalnız Mərziyə X a n ı m öz danışığını düzəltməli və qətiləşdirməlidir. Oyunda olduqca həssasdır. Səsini çox gözəl idarə edir. Yalnız sözləri öldürür. Bu cəhəti düzəldəcək olursa, parlaq bir gələcək gözləyə bilər.
Gülüstanı çənganə nəğməsini saf və aydın bir türk ləhcəsilə oxuduğundan hər kəsi məmnun buraxdı.
Oyun, ümumiyyətlə, gözəl keçdi. Tamaşaçı az deyil idi.
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-dovlet-turk-teatrinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?Veribdir əl-ələ, tərki-nifaq edir, nə əcəb?
AktyorDünən rəfiqlərdən biri mənə dedi ki, bizim müsəlman ziyalılarının, ələlxüsusartistlərinin ayrılmaz və unudulmaz bir yoldaşı varsa, o da həsəddir.
ÜstünəBax, dəyənəklə gəlmişəm indi Babanın üstünə;Pərdə çəkir neçin belə yaxşı-yamanın üstünə!?
Uzun dərya(Siyahət xatiratımdan)Babacan! Guş elə əlan sənə bir hekayət edim ünvan ki, çıxar ortalığa sirri-
Başqa şairlərin şeirləri
Canım kəklik gözüm kəklikYerişin yarıma bənzər
Könlün istəsə qəm dərdiğə dəva, qədəh içKönlün istəsə qəm dərdiğə dəva, qədəh iç,Özüni etmə qəmü dərdə mübtəla, qədəh iç.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Məhəmməd Əli bəy MəcruhəƏbəvi məqamı zidə şanə,Həmişə vəslinə olmuşam talib.