Belə bax
Kazım ağa, niyə mat-mat baxırsan,Bizimkidir daha dövran belə bax.Yadındamı yorğanımı aldığın,Daha bəsdir, indi də sən ələ bax.
Sürülərin axır oldu el malı,Talamağa gücün çatmaz mahalı.Bir az əvvəl geyinirdin al-şalı,Şirin canın üryan qaldı, elə bax.
Altı nökər, bəs etmirdi həyətə,On ikisin saxlayardın pəyədə.Nə demişdin bizim yazıq Sayada,Di tap gətir, onda olan dilə bax.
Çoban Əfqan indi olub xan Əfqan,Bu dövrana qurban eylər can, Əfqan.Gördün, düz deyibdir hər zaman Əfqan,Çörək üçün yaba, kürək, belə bax.
Kitabxana.az · https://kitabxana.az/works/coban-efqan-bele-bax
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəl sənə söyləyim Şikəstə qardaş,Borcumuzdur zəmanəyə söz demək.
SənsənBaşına döndüyüm gül üzlü yarım,Bizim bu dağların maralı sənsən.
Şikəstə qardaşQulaq as sözümə Şikəstə qardaş,Arzu etdim, arzum yerin almadı.
Paravozlar vaqonları yeritmirParavozlar vaqonları yeritmir!Daş kömür qurtarıb, onu da yetmir.
Başqa şairlərin şeirləri · Fələk və tale
Gəzdim, kəşt elədim yaxın-uzağı,İndi səfbrimdi ayağa salmaz.
Hər dəm ğəmində naləvü ahim yetər manaHər dəm ğəmində naləvü ahim yetər mana.Dünya yüzündə ol yüzi mahim yetər mana.
Məhəmməd Əli bəy MəcruhəƏbəvi məqamı zidə şanə,Həmişə vəslinə olmuşam talib.
Tale mənə yar olmasa, mən neyləyə billəm?Tale mənə yar olmasa, mən neyləyə billəm?Zövqümcə nigar olmasa, mən neyləyə billəm?