Ayağa salmaz
Gəzdim, kəşt elədim yaxın-uzağı,İndi səfbrimdi ayağa salmaz.Könül zənbur kimi dolanır şanı,Pərvanə cismimi ayağa salmaz.
Dost gərək ki, yaxşı dostu sinayə,Alnımıza yazılıbdı sin ayə.Məhəbbət xəncərin qoysa sinaya,Dost dostu sındırıb ayağa salmaz.
Bilirsənmi, danışıram nə sarı,Bəxt əyilsə, rəngi olar nə sarı.Abad könül, sən nə sındır, nə sarı,Haqq kəsməz nəzərin, ayağa salmaz.
İstər məni dost yolunda kəs,qala,Əyri çıxsam, qur divanı, kəs qala.İstəmərəm müxənnətdən kəs qala,Mərd igidlər məni ayağa salmaz.
Əsədin bəxtini salma qəzaya,Mənim məzarımı kimlər qazıya.İgid ürcah olsa qəhri-qəzaya,Mərdlərin mövlası ayağa salmaz.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-esed-ayaga-salmaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
Neylmişdim sənə, ey çərxi-gərdunBizim ilə düşübsən inadə, fələk
Deyibsiz yəni gəlləm gəldi bir belə xəbər, Vaqif!Deyibsiz yə’ni gəlləm gəldi bir belə xəbər, Vaqif,Xilaf idi bu sözlər bəs, peşimanmı məgər Vaqif?
Bəxtimlə söhbətOturmuşdum bir gün bəxtdən gileyli,Gözümdə, könlümdə şikayət meyli.
پر گذشتم به تماشاگه انسان و ملَکسیر کردم همه خوبان جهان را یک یک