Gəl sənə söyləyim Şikəstə qardaş,Borcumuzdur zəmanəyə söz demək.Nə satan utanır, nə alan qanır,Hər kəs istər öz mətahin bezdəmək.

Bu nədir şubalar indi kürk olub,Buxara papaqlar keçə börk olub.Hərəsi üç löyün, iki tərk olubDaha yoxdur yaxşı yaman, gözləmək.

İyirmiyə allıq qılın putunu,Bir daha görmürük erkək ətini.Çox cəfadır hər kəs çəksə tütünü,Əlac budur: maxorkanı duzlamaq.

Aləmdə hamımız bərabər olluq,Hərcayı sözlərdə dilavər olluq.Sahibkar danlasa günahkar olluqNə lazımdır qananları bizləmək.

Çoban Əfqan olub uşağa yoldaş,Qismət olmur niyə bizlərə bozbaş.Bahalanıb düyü, heç tapılmır maşHeç olarmı belə dərdi gizləmək.1918-ci il

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri