Dürdanəni səngi-siyah içindəHəsrət gözüm görən kimi tanıdı.Könül bivəfadı, heç salmır yada,Göz doymur, gözünün mehribanıdı.

Yanaqları güldü, olubdu xəndan,Cismidə mələkdi, nəsildə – insan.Simi-zənəxdandı, mirvari-dəndan,İnnabi ləbləri can dərmanıdı.

Adım Ələsgərdi, əslim Göyçəli,Ələst aləmində demişəm “bəli!”.Həm aşiqəm, həm dərvişəm, həm dəli,Canım gözəllərin yol qurbanıdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri