Yanağı qırmızı, irəngi ağdı,Çırağban eyləyib ağı qırmızı.Ala gözlərinə gözüm sataşdı,Əridi ürəyimin yağı qırmızı.

Qüdrətdən çəkilib qaməti-şahbaz,Mərnus dizlik geyib, çəpgəni atlaz,Buxaq düymələnib kağızdan bəyaz,Mərcan düzüb boyunbağı qırmızı.

Sərrafam, gövhəri, kanı itirdim.Dəftəri, hesabı, sanı itirdim.Üzün gördüm, din-imanı itirdim,Çəkdi sinəm üstə dağı qırmızı.

Ələsgərin meyli ondan üzülməz,Əgər ayrı düşsə, şad olub gülməz,Xəstə düşər, ölməsə də, dirilməz,Müxtəsəri, sözün sağı, qırmızı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri