Paravozlar vaqonları yeritmir!Daş kömür qurtarıb, onu da yetmir.Milyonçu kişilər Moskova getmirBilməzlər xas malın arşını neçə.

Bəs hanı Moskovda bağlanan yüklər,Mahallara talan salıb cülüklər,Qarət oldu kəntlər, oddandı mülklərBir hakim yoxdur ki, qandırsın bicə.

Xurcunlarda gəlir indi malımız,İndən belə necə keçər halımız?Erməniynən kəsmir qeyli-qalımızİslam əsir düşdü, çörək ver aca.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri