Allahu-ələm
Olmuşdur Iran,Qaynar bir qazan.Nədir qaynaşan?Allahu-ələm.
Toplandı millət,Göstərdi qeyrət,Bir səslə yazdı:Qacara lənət!
Çıxmışdır əlanSırtıq bir oğlan.Adı Irza xan,Yaxşıdır, yaman?Allahu-ələm.
Işə girişmiş,Görmüş bir iş-miş,Əlində var şiş,Qələmdir, qəmiş?Allahu-ələm.
İmdi səhərlər,Verir şəhərlərBəzi xəbərlər,Düzdür, ya böhtan,Doğrudur, yalan?Allahu-ələm.
Eyləyir çəm-xəm,İşləri mübhəmƏlində var kəm,İçində bilməmZəhərdir, məlhəmAllahu-ələm.Deyəndə şahsan,Batır sükuta.Deyəndə xansan,Bir özgə buta.Nədir bu insan?Vəzirdir, sultan?Kəndlidir, ya xan?Allahu-ələm.
Keçmişi bəlli,Gözəl əməlli,Əsli nə cürdür?!Çətindir həlli.Son söz onundur,“Fel”i, ya “dil”i.Sabahçün əlanBilməyir İran,Mirzə İrza xanDostdur, ya düşman?Allahu-ələm.
Bu bir oyundur,Iranda şahmat.Top hələ qalmış.Tünd yeriyir at.“Mat” olacaq “şah”?“Şah” olacaq “mat”?Xalqa bu pünhanAllahu-ələm.
Yaxşı deyən var,Yaman deyən var,Başla deyən var,Dayan deyən var.O yanda bir tac,Bu yanda dehqan,Bundandır, ondan?Allahu-ələm.
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-allahu-elem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ş a i r – Adə, artist əmoğlu, bu nə işdir a balam?A r t i s t – Hansı iş, şair əfəndi? Bizim Kərbəlayı Qulam?
DağlılarAy Baba! Hər yerdə sənin əyyarların xəbər yazıb göndərirlər. Bircə dağlarqalmışdır. Onlardan heç kəs bir xəbər bilməyor. Çünki dağlılar öylə cəngavər
Böhtan yazılıbdırBu söz, a Baba, bizlərə çoxdan yazılıbdır,Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.
GörməkdəyəmMilləti-məhzunu binitqü nida görməkdəyəm,Mübtəladır cəhlə, dərdin bidəva görməkdəyəm.
Başqa şairlərin şeirləri · Satira
Əsər var ki, bilmirsən nə ad verəsən ona,Oxumaq mümkün deyil, min yol varaqlasan da.
Odessa xəyalatıGündən-günə zülmün, a fələk, lap betər oldu,Hər kəs özünə çul toxudu, bəxtəvər oldu.
NağılBir gün var idi, bir gün yox idi,Allahdan başqa heç kəs yox idi.
Gözüm yolda qaldı könül intizarMirzə Fətəliyə*Gözüm yolda qaldı, könül intizar,