Kişilər deyirlər
Vallah, gətiriblər bizi lap cana qadınlar,Heç oxşamayırlar belə insana qadınlar.
Bir qədri bu məktəbdən uzaq, sadəcə qızdır,Zalım qızı həs-hüs tanımaz, sanki öküzdür,Sındırdı, güvəc boşqabı guya ki, donuzdur,Hər nə desələr arvada, vallahı ki, düzdür.Insan deyil, oxşar hamı heyvana qadınlar;Vallah, gətiriblər bizi lap cana qadınlar.
Arvad nə? Uşaq, ər nədir? Insan dili bilməz;Paltarları hisdən qaralarsa, yenə silməz;Insan kimi dil bilsə əgər, böylə döyülməz;Yox fəhmü zəkası, yenə də ar edib ölməzInsanlığın adabına biganə qadınlar;Çıxsın necə insan kimi meydanə qadınlar?!
Bir qədri də vardır oxuyub elmi-filanı,Bir az da bilir qatma-qarış rusi lisanı,Bir kəlmə də türkicə danışmaz, çıxa canı,Guya ki, veriblər əlinə cümlə cahanı,Yainki çıxıb təxti-Süleymana qadınlar,Baxmaq diləməz hali-müsəlmana qadınlar.Fikrində nədir? Modalı paltar, qısa şalvar;Fikrində nədir? Pudra ilə rəng, iki xalvar;Fikrində klub, bir kavaler, bir də ki, bulvar,Təqlid eləyir qeyriyə murdar qızı, murdar.Oxşar belə quyruqlu obezyana qadınlar,Dünyanı ediblər dəxi virana qadınlar.
Təqsir özünüzdə, nəyə fəryad eləyirsiz?Bir-bir kişinin eybini tədad eləyirsiz;Min hiylə qurub, min kələk icad eləyirsiz.“Qırdı bizi ərlər”, – deyə boş dad eləyirsiz,Bizdən açılın bircə, a divanə qadınlar!Qoymaz dəxi bu bicliyi bir yana qadınlar.Vallah, gətiriblər bizi lap cana qadınlar;Heç bənzəməyirlər belə insana qadınlar.
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-kisiler-deyirler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?Veribdir əl-ələ, tərki-nifaq edir, nə əcəb?
AktyorDünən rəfiqlərdən biri mənə dedi ki, bizim müsəlman ziyalılarının, ələlxüsusartistlərinin ayrılmaz və unudulmaz bir yoldaşı varsa, o da həsəddir.
ÜstünəBax, dəyənəklə gəlmişəm indi Babanın üstünə;Pərdə çəkir neçin belə yaxşı-yamanın üstünə!?
Uzun dərya(Siyahət xatiratımdan)Babacan! Guş elə əlan sənə bir hekayət edim ünvan ki, çıxar ortalığa sirri-
Başqa şairlərin şeirləri · Satira
Vəzifə başında oturmuşam mən,Yaman hərlənirsən ətrafımda sən.
GülməsinGülmesin, hergiz cahanda ruyİ-ürfan, gülmesin,Çıxmasm şəmsi-temoddun, əhli-vicdan gülməsin.
NəzmEylədilər məsləhət bir neçə ağa, rəis,Ta açalar mədrəsə, məsləhəti-amra.
Nə imişMollalar milləti gümrahə, demə, rəhbər imiş,Əhsən, əhsən, kişilər naibi-peyğəmbər imiş!