Vəzifə başında oturmuşam mən,Yaman hərlənirsən ətrafımda sən.Sağıma baxıram, sağımda varsan,Soluma baxıram, solumda varsan,Bağıma baxıram, bağımda varsan,Yoluma baxıram, yolumda varsan.Artıq, bir vəzifə daşımıram mən,Gözümə dəymirsən, qəribədir, sən.Sağıma baxıram, sağımda yoxsan,Soluma baxıram, solumda yoxsan.Bağıma baxıram, bağımda yoxsan,Yoluma baxıram, yolumda yoxsan.Yaxşı ki, yoxsan!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira