Özündən razı
Yaşadı, həmişə özündən dedi,Göydəki günəşə özündən dedi.Nə səni bəyəndi, nə məni, heyhat,Dedi tək mənimçin yaranıb həyat.Dedilər ki, evlən, təklik yamandır,Dedi ki, dinməyin, susun, amandır.Evlənsəm başıma açılar kələk –Qapımdan girəntək o nazlı mələkQorxuram varımı, yoxumu yeyər,Özündən danışar, özündən deyər.Mənim varlığımı danar bəlkə də...Mənalı ömrümü qoyar kölgədə.
Gün keçdi, ay keçdi, büküldü beli,“Mən”, “mən” söyləməkdən qalmadı dili.Hətta son nəfəsdə danışan zamanBir kimsə qalmadı sözündən razı.Nəhayət, səs-küysüz köçdü dünyadan,Hamıdan narazı, özündən razı.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-ozunden-razi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Lovğalıq olmaz desəm aşiq kimi şöhrətdəyəm,Eşq dünyasında mən az-çox yenə hörmətdəyəm.
VüsalMən etibar edib o nigarın vəfasına,Düşdüm məhəbbətin dolaşıq macərasına.
Bəsdir, gözəlimMəni məftun elədin, ah, bu nə səsdir, gözəlim?!Bu nə səsdir, nə həvəsdir, nə nəfəsdir, gözəlim?
Sən başqasan, mən başqayamBiganəyə*Mən baharam, sən xəzan, sən başqasan, mən başqayam,
Başqa şairlərin şeirləri · Satira
Elm ayineyi-surəti-hal idi, nədən bəs,Əcsamdə ərvahə misal idi, nədən bəs,
Vilayətin məğşuşluğu haqqındaMirzə Fətəliyə*Xəbər alsan bu vilanın əhvalın, –
Orucluğun proqrammasıGəldi yenə orucluqMeydanə, ay can, ay can!
SinəzənÇək xəncərini, baş-qulağın qan eyləyib yar,Vəhşiyyətini aləmə elan eyləyib yar,