Sinəzən
Çək xəncərini, baş-qulağın qan eyləyib yar,
Vəhşiyyətini aləmə elan eyləyib yar,
Kirdanına hər milləti xəndan eyləyib yar,
Yar, yarmağına canını qurban eyləyib yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!
On gün gecə-gündüz hamını dəngəsər eylə,
Şaxsey de, çığır, vur başına, xalqı kar eylə,
Nə kəsbinə bax, iş-gücünə nə nəzər eylə,
Hər şamü səhər naləvü əfğan eləyib yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!
Fürsət ki, düşübdür əlinə eyləmə qəflət,
Çal başına xəncər, eylə izhari-rəşadət,
Sal hay-küyü, hər yerdə qopart şuri-qiyamət,
Hər ermənini, rusi hərasan eyləyib yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!
Məsciddə çığır, vur döşünə, ortada fırran,
Çığ-vığ sal uşaqlar kimi, iç qəhvəvü qəlyan,
Mənbərdə çıxıb, molla desin min cürə böhtan,
Sən göz yaşını dərdinə dərman eləyib yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!
Yarsan başını feyzü səadət qazanarsan,
Huşyar ol, aman, yoxsa cəhənnəmdə yanarsan,
Eyb etməz əgər evdə yarandan uzanarsan,
Allah sənə bu feyzdir, ehsan eləyib, yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!
Vay olsun əgər etməmisən bir kəsə təqlid,
Təqlidi olan kimsələrə vardı bu təkid:
Gər istəyəsən olmayasan həşridə nomid,
Fazil sənə baş yarmağı ehsan eləyib, yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!
Yorğan-döşəyə düşməyini tutma nəzərdə,
Səndən ötürü fəxridir ölmək belə yerdə,
Bər gordanı çal kəllənə, ta fovri gəbərdə,
Çoxdursa günahın, bunu ünvan eləyib yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!
Vursan başına sidq ilə gər bir neçə zərbət,
Dərk eyləyəcəksən, bilirəm, feyzi-şəhadət,
Ey kaş, müyəssər ola dünyada bu nemət,
Bu şövq ilə öz qəlbini şadyan eləyib yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!
Ləcbazlıq elə, dəstəni çək gündə Şəhabə,
Vur sinəni çak eylə, yetiş ocrü səvabə,
Qatlaş gecələr bu soyuğa, döz bu əzabə,
Dərbəndli sənə yaxşıca divan eləyib, yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!
Çırtdır başım hər nə qədər körpə çocuq var,
Qoy adətə düşsün, sora yarsın özü naçar,
Nəzr et bu səvab işləri, ey mömüni-dindar,
Hər il bu məhərrəm genə peyman eləyib yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!
Doldur cibini, çakəri lap eylə qudurğan,
Nə din tanısın, yol, nə də ki, anlasın insan,
Söysün sizi hər yerdə, desin min cürə hədyan,
Sen baxma ona, görmə nə tüğyan eləyib, yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!
Sal məscidə min vəlveleyi-şuri-nəvanı,
Hər mollaya bir pullu toy et, soy füqəranı,
Eyşlə, məhərrəm yetişib, başla bükanı,
Xaliq səni xoşbəxt bir insan eləyib, yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!
Sən baxma Mərakeş bölünüb dərbədər oldu,
Türkiyədə, İranda, düşünmə, nələr oldu,
Fikr etmə Tərablis necə zirü zəbər oldu,
Başdan bu xəyalatı pərişan eləyib, yar,
Yar əhrəmənim, yar qoçağım, yar igidim, yar!
- "Molla Nəsrəddin", 18 dekabr 1911. N 45
Kitabxana.az · https://kitabxana.az/works/qemkusar-sinezen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gərekdir şahsevənlər daima bir şah sevsinlər,Nəinki binədayə rəhm edib, Allah sevsinlər.
Qatış-bulaşSərkər Malla əmi, özümü tarif etmək olmasın, mən tamam üç dilə: türk, fars və ərəb dillərinə aliməm. Indi sənin əqlincə mən bu üç dillərin hansı birisində meqalə yazsam mənim üçün fəzilət artıq olar. Mənim bu kəm əqlimə görə bu dİllərin heç birisində məqalə yazmaq mənə əl verməz. Çünki egər türk dİlində yazaram, deyəllər fars, ərəb dillərinl bilmir, əgər fars dilində yazaram, deyəllər türk və arəb dillərindən xəberi yaxdur. Və egər ərəb düində yazaram, deyəllər türk ve fars dillərindən məhrumdur.Yaxşısı bilirsən nədir? Yaxşısı odur ki, man məqalədə bu üç dili bir-birinə qatış-bulaş edem. Bu bele. Bundan əlavə, heç bilirsən qatış-bulaş dillərində yazılan meqalənin bİr boyük və ümdə fəziləti də nədədİr? Bİr fəziləti də ondadır kİ, belə gözəl məqaləni heç başa düşməyən adam tapılmaz, hərçənd, ağzım dinc durmadt, dedim ki, belə meqaiəni camaat hamı başa düşər, amma bu çox da elə bir mətləb deyil, camaat başa düşər düşsün, düşmez düşməsin. Mənə deyen gərək camaat ilə ne işin, sen öz fəzilətinə çalış. Eşitməyibsən, bir itın bir qessab dükanından bir parça ət aparmağım görüb bİr qara dorviş bunu ne qaydada xəbər verdi qəssaba? “Usta qəssab, sənin bir parça ləhmin kelb apardı” sözlərini deməkdə ne sayaq məxrəcə can verdi. Sənin əqlineə bir belə alim dərviş deli idi ki, ağzını, gözünü əye-əyə yarım saat özünə zor verirdi, Əgər biçarə dərviş özünü bu zəhmətə salmasa idi, heç onda olan qiraət fəzilətini bİr kəs başa düşməzdi.
İran rəiyyətlərindən təşəkkürZənbur ağa, biz iranlılar, nə qədər öz naİbı-konsulumuz Mir və Ibrahim xandan razıçılıq və təşəkkür eyləsək, genə mindən birinin öhdəsinden gələ bilmerik. Onun bakifayətliyindən bizim hər bir ehtiyacımız ra f olub, asudə və xoşbəxt bu unıs torpağında yaşayınq, qurd qoyun İlə otlayır, aylar ilə bir ariz-məruz olmur kİ, işi konsula düşsün, Ona görə də konsulxanada bekarçılıq olduğundan Naib cənabları arxayın və dinc hər gün konsulxanada sazəndə, nəvazəndə ilə kefə məşğul olub gündə şikayətçi əvazinə, beş-altı kefli dəstəsi evindən yola salır.Allah belə Naibdən razı olsun və həmişə damaq çağlığı versin. Biz kİ, ondan razıyıq... çünki hatm iranhlann dəstixətti yox idi, onların əvəzindən vəkalətən qol çəkdi: Cüvəllağı!
Hürriyyətİranlılar məşrutə almağa görə bizim irəvanlılar da həsəd aparıb hazırlaşırlar ki, Rusiya dövlətindən hər nə cür olsa, zorla da olsa, dörd bənddən ibarət bir hürriyyət alsınlar. Bunların dörd bənddən ibarət olan məramnamələri altdakı qərar üzrədir:1. Bunlar nə vaxt Kərbəlayı-müəllayə və ya Məşhədi-müqəddəsə getməli olsalar, dövlət bunlara sualsız-cavabsız bilet versin ki, daha gizlin gedib, gülləyə düşüb Araz çayına qərq olmasınlar.
Başqa şairlərin şeirləri · Satira
Səndən ayrılandan sonra, Nəsir bəg!İstədim qayıram bir nəzmi-göyçək!
Körpə nişanlıQundaqda ikən bir qızı ad eyləmişəm mən,Nazlı bəbədən könlümü şad eyləmişəm mən.
Yol verin!Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!Avropadan Tehrana, yollandı Nasirəlmülk!
Dram cəmiyyətiKəmşüur ƏyyarəÇıxmamış ortaya iş,