İnsan müdam aqili divanə zənn edər,Öz dost, aşinasını biganə zənn edər.

Eylər sicudi-meykədə, məscid hesab edər,Öz məscidi-şərifini meyxanə zənn edər.

Əfsanə olsa da, inanar cahil əmrinə,Arif sözünü doğrusa, əfsanə zənn edər.

Dünya içində bir evi abad istəməz,Bayquşmisal hər yeri viranə zənn edər.

Arif həmişə badeyi-qəflətlə məst olub,Hüşyar əhli-aləmi məstanə zənn edər.

Zahidmisal məkrü riya damini qurub,Mərdüm üzündə göz yaşını danə zənn edər.

Bəziləri tək arifə divanə söyləyib,Amma özünü aqilü fərzanə zənn edər!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana