Meydən açıldı gülşəni-hüsnündə lalələr
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Meydən açıldı gülşəni-hüsnündə lalələr,Tərdür ki, düşdü lalələr üstündə jalələr.
Dudi-dilimdir ol ki, çəkibmən şəbi-fəraq,Bu kim, dağıldı yüzünə mişkin gülalələr.
Baş oğrulardur ol iki göz, ey könül, həzər,Nəqdi-həyatın olmaya oğrunca çalələr.
İqrar qılmışam ki, sənə bir qulam, bəli,Yazərlər üştə mərdümi-çeşmim qəbalələr.
Lə’li-ləbin zəmanidə gər bolsə nə əcəb,Könlüm sürahivü iki çeşmim piyalələr.
Səhrayə düşmüşəm üryan keyik təki,Məndən qaçarlar, ah bu vəhşi qəzalələr.
Məqtə — şairin təxəllüsü olan son beyt. Öldürdi Kişvərini fəraq, ey könül, xanıSəbrü qərarım kim, gələlər heyfin alələr.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-meyden-acildi-gulseni-husnunde-laleler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vəh ki, bir vəhşisifət mişkin ğəzalım var mənim,Kimsə bilməz kim, fəraqində nə halım var mənim.
Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənümGül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm,Lalə tək bağrımda hər yan daği-pinhandur mənüm.
Giryədən tufan qılaydur çeşmi-xunbarım mənümGiryədən tufan qılaydur çeşmi-xunbarım mənüm,Qılğalı tərki-vəfa namehriban yarım mənüm.
Ey qəbayi-səbz ilən sərvi-sərəfrazım mənümEy qəbayi-səbz ilən sərvi-sərəfrazım mənüm,Qarçığay saçlu, laçın gözlü şəhbazım mənüm.