Ey qəbayi-səbz ilən sərvi-sərəfrazım mənüm,Qarçığay saçlu, laçın gözlü şəhbazım mənüm.

Gülşəni-firdosü şaxi-tubavü baği-behişt,Tutiyi-şirinsəxən, tavusi-tənnazım mənüm.

Gəh savıx ah eylərəm, gəh atəşin əfqan bilə,Sənsizin, ey gül keçər mundaq qışü yazım mənüm.

Səbrü aramü xirəd hicründə qoydular məni,Nalənin miskiniyəm kim, boldu dəmsazım mənüm.

Toprağından Tanrı gər bir quş yaratsaydı yenə,Coz-səri-kuyin sarı bolmazdı pərvazım mənüm.

Xaneyi-çeşmümni kim, pərdaxtə qıldı sipəhr,Aqibət düşdi gözümdən xanəpərdazım mənüm.

Məqtə — şairin təxəllüsü olan son beyt. Kişvərinin saru yüzinə nola bassan qədəm,Ey qəbayi-səbz ilən sərvi-sərəfrazım mənüm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar