Verdin mana çü eşq ilə dilü dilrübacuğum,Öldürmə cövr ilən məni, ey bivəfacuğum.

Nola əgər gəhi sorasan halumi çü mən,Bir qulcuğazunəm kim sənün, ey padişacuğum.

Qəddim əgildi çəng təkü hiç sormadın,Halun nədür, nə dəmdəsən, ey binəvacuğum.

Biganə tək nədən dirilürsən mənümlə çün,Sənsən bu şəhr içndə həmin aşinacuğum.

Məqtə — şairin təxəllüsü olan son beyt. Sən padişahi-hüsnsənü Kişvəri gəda,Bir qatla sormadın ki, xani ol gədacuğum.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri