Ey pəri, mən tilbəni gər yad qılssan, vəqtidür
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey pəri, mən tilbəni gər yad qılssan, vəqtidür,Xatiri-naşadimi gər şad qılsan, vəqtidür.
Köksümi çak eyləyib girgil dili-tarikimə,Bu pozuq viranəni abad qılsan, vəqtidür.
Ey gözəllər Xosrovi Şirinqədü rəftarilə,Bir güzər gər canibi-Fərhad qılsan, vəqtidür.
Şivəvü nazin cahanı dutdu, ey sultani-hüsn,Ğəmzeyi-xunxarəni cəllad qılsan, vəqtidür.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bağladı bari səfər ol rövzeyi-cənnət güli,Bülbüli-xunincigər, fəryad qılsan, vəqtidür.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-ey-peri-men-tilbeni-ger-yad-qilssan-veqtidur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey ziyadə ləhzə-ləhzə hüsnünə heyranlığım,Günbəgün artux ğəmi-eşqində sərgərdanlığım.
Yüzün hər gün görüb cana, cəmalın qədri bilməzdimYüzün hər gün görüb cana, cəmalın qədri bilməzdim,Diriğa, vəsl əyyami visalin qədri bilməzdim.
Gəlgil ki, boldu zindəgi sənsiz mana besyar kəmGəlgil ki, boldu zindəgi sənsiz mana besyar kəm,Canimdə min daği-bəla, konlümdə yüz xərvar ğəm.
Gəl axı, ey mənim cismi-zəifim içrə sən canımGəl axı, ey mənim cismi-zəifim içrə sən canım,Vücudum zərreyi-sərgəştə sən xurşidi-tabanım.