Natəvan könlüm ki, lə’lindən zəkat almış gəlür,Sayrudur, dərman içün həbbi-nəbat almış gəlür.

Zülfin altında xəti-səbz ol ləb üzrə guyiya,Zülmətə girmiş Xızır abi-həyat almış gəlür.

Xanda kim, tumari-dərdüni açırmən, xəlq der,Bir sipahidür ki, divandan bərat almış gəlür.Vəh nə laçındur gözün kim, qaşlarından mal açıb,Qafi-qüdrət quşidən iki qanat almış gəlür.

Şərhi-şövqin yazğalı deb Kişvəriyi-xəstədin,Qanlı kirpikdən qələm, gözdən dəvat almış gəlür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq