Yüzün hər gün görüb cana, cəmalın qədri bilməzdim,Diriğa, vəsl əyyami visalin qədri bilməzdim.

Məni öldürsə təlxiyi-fəraq, ey dust, həqqindür,Nədən kim, dəmbədəm şirin məqalın qədri bilməzdim.

Bu kim, qəddim büküldi mahi-nov tək, ey günəş, sənsiz,Anunçündür ki, əbruyi-hilalın qədri bilməzdim.

Gözüm kim, görməz oldu ağlamaqdan vəh hənuz kəmdür,Mana sürməli çeşmi-qəzalın qədri bilməzdim.

Pərişandur bəsi halım, qaradur güni bəxtimnünCəzadur bu mana kim, zülfi xalın qədri bilməzdim.

Yeridür bu ki, çeşmümdən axar xunabi-həsrət kim,Dodağından içib abi-zülalın qədri bilməzdim.

Məqtə — şairin təxəllüsü olan son beyt. Cigərxun Kişvəri, cana, xəyalunlan diri qaldı,Visalın var ikən gərçi, xəyalın qədri bilməzdim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran