Mana ölmək nişanıdur xəzani-çöhreyi-zərdim,Diriğa, məndən ayrudur bəhari-nazpərvərdim.

Sərvkarında yox etdim cavanlıq ruzigarımnı,Gəlib vəh, yetmədi bir gün mana ol nacavanmərdim.

Dedim kim, qurtulam bir gün möhnət dərdidən, ey vəhKi, mən qurtulmadım bir günü artar günbəgün dərdim.

Məni göydür sənü xakəstərim, sadirsən ey gərdün,Anın kuyi saru tutqusidür hər zərrəyi-gərdim.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bu gün ey Kişvəri, xublar içib atlandılar sərxoş,Xanı yarəb, mənim rəxşəndə xurşidü cəhangərdim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri