Dünən bir tiyə ildırımDüşdü Xəzərə,Çalxandı dəniz.Üfüqdə qara buludlar bağırdı,Qorxudan yarıldı qaranlığın bağrı.Dedim, doğradı dalğaları yəqin,Təbiətin bu odlu kəsəri.Nigarançılıq içində açdım səhəri...Səhər üfüqlər qızarmışdı,Nə buludlu, nə dumanlı idi.Ancaq XəzərBir qədər əsəbi,Bir qədər həyəcanlı idi,Söndürsə də qəzəbiyləİldırımın alovunu,Axşam şahə qalxan dalğalarınHələ yığmamışdı cilovunu.Elə bil yanırdıİçin-için hələ də.Meydan oxuyurdu XəzərÜfüqə də, sahilə də...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar