Gər qədəm bassan hənuz dirilməgim imkanı bar
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Gər qədəm bassan hənuz dirilməgim imkanı bar,Bir nəfəs gəldi qəbul et kim, nəfəsnin canı bar.
Ol pərişan kakilin başnə urulsəm, nə eybKim, anun hər birinə yüz mincə sərgərdanı var.
Çıxmaz oldu xəstə can təndən xəyalın görgəli,Xanəxa tək kim, evində bir əziz mehmanı bar.
Ol ləbü dəndan degil kim, xazəni-firdovsnin,İnci birlə dopdolu bir hoqqeyi-mərcanı bar.
Dadlu sözün kim eşitsə yoxdurur ölmək ona,Ləblərinin guiya kim, çeşmeyi-heyvanı bar...
Məqtə — şairin təxəllüsü olan son beyt. Kişvəri bir quldurur ol şəhriyarın kim, anınSənü xəlqi binahayət lütf ilə ehsanı bar.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-ger-qedem-bassan-henuz-dirilmegim-imkani-bar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rahətim yoxdur mənim, ol rahəti-can barğalı,Qalubəm bican mən, dilxəstə canan barğalı.
Bivəfasan, gərçi səndən dilrüba yoxdur kişiBivəfasan, gərçi səndən dilrüba yoxdur kişi,Dilrübalar içrə səndən bivəfa yoxdur kişi.
Ğəriblik içrə, ey yari-kiramiĞəriblik içrə, ey yari-kirami,Məzacın necədür, xoşmi, səfami?
Qalmışam bisəbrü saman yardin ayrılğalıQalmışam bisəbrü saman yardin ayrılğalı,Bülbüli-xamuş mən gülzardin ayrılğalı.