Yarəb, məni-avarəni ol yarə irişdür,Sədparə dili-xəstəmi dildarə irişdür.

Dərdim qatudur bu gecə, ey bəxt, mədəd qıl,Ol türfə təbibi məni-bimarə irişdür.Bulsan məhəl, ey badi-səba, bir kərəm etgil,Mən bülbüli-naləndəni gülzarə irişdür.

Ey Kişvəri, andan irəlü kim, buləsən yox,Cəhd eyləvü didarını didarə irişdür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq