Yardən bir dəm cüdalıq ixtiyar etmək nolur,İxtiyar olsa kişinin tərki-yar etmək nolur.

Bülbüli-möhnətkeşəm mən bilməzəm kim, yarsızGülşəni-gülzarü təmaşayi-bəhar etmək nolur.

Talibi-rüxsarına kirriklərindən bak ağız,Gül vüsalın istəyib pərvayi-xar etmək nolur.

Məqtə — şairin təxəllüsü olan son beyt. Aşiq oldur kim, əgər düşsə fəna dəryasına,Kişvəri tək bilməyə meyli-kənar etmək nolur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq