Ey ğəmindən dəmbədəm xunab dil, bimar göz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey ğəmindən dəmbədəm xunab dil, bimar göz,Natəvan çeşmin təki bitab dil, bimar göz.
Gözlərün yadi bilə bu guşeyi-viranədə,Qalmışam mən xəstəvü bixab dil, bimar göz.
Bir-birin dərdini bilür çeşmi dil anun içün,Qan tökər bolsə dəmi nayab dil, bimar göz.
Zülfü ğəmzən hicridin kəh tulğayıb, kəh yığlayıb,Gecələr irür mana pürtab dil, pürxar göz.
Qıldı mən lağərşikari dami-zülfinə əsir,Ol kim, ol verdi sana qəssab dil, xunxar göz.
Şəm’i-ruyindən alur tən zindəgi, can rövşəni,Xaki-payindən tapar əsbab dil, ənvar göz.
Məqtə — şairin təxəllüsü olan son beyt. Kişvərinin gözlərinə nola bassan bir qədəm,Ey ğəmindən dəmbədəm xunab dil, xunbar göz.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-ey-geminden-dembedem-xunab-dil-bimar-goz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cana, mənü sən bolğəli, Məhmudü Ayaz,Sən işvəvü naziləvü mən əhli-niyaz.
Bir saqiyü bir sürahiyü səhni-çəmənBir saqiyü bir sürahiyü səhni-çəmən,Bir six kəbabü bir büti-sim, zəqən,
Ey sərvi-qədin naz ilə pərvərdə nihalEy sərvi-qədin naz ilə pərvərdə nihal,Xali-siyəhin nafəvü ol çeşmi-qəzal;
Mundaq ki, məni lə’li-ləbin qıldı xərabMundaq ki, məni lə’li-ləbin qıldı xərab,Çeşmi-siyəhin bağladı rahi-xoruxab,