Çəngidür min ğəmi-hicran məni-avarə əksüksiz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Çəngidür min ğəmi-hicran məni-avarə əksüksiz,Gəlür dərdü ğəmin cana, mana həmvarə əksüksiz.
Ğəmindən şakirəm yarəb ki, əskük olmasun hərgiz,Təbibi-mehribandur kim, gəlür bimarə əksüksiz.Mənim dərdi-dilimnün çarəsi yox, neyləyim yoxsa,Qılırlar dustlar hər dəm mana yüz çarə əksüksiz.
Xanı dərdi-dilimdən baxəbər yari ki, ol varə,Mənim dilimdən ol səngindilə yalvarə əksüksiz.
Gəl, ey badi-səba, qıl bir güzər ol bivəfa sarı,Məhəl tapsan degil dərdi-dilimni yarə əksüksiz.
Şəbi-hicrində gərdun tək səni, ey mahi-no istab,Gözümdən saçılur hər guşədin səyyarə əksüksiz.
Qələndər Kişvərinin diləgi səndən budur, canaKi, xurşidi-camalunğa qılur nəzzarə əksüksiz.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-cengidur-min-gemi-hicran-meni-avare-eksuksiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xürrəm ol gün kim, mənim fərxundə yarım var idi,Könlümü bağrım bütün, səbrü qərarım var idi.
Hicrara könlüm sorur hər dəm ləbin əhvalınıHicrara könlüm sorur hər dəm ləbin əhvalını,Gərçi var mührəq büti əmma yalaydür balını.
Biçarə məni-əsir, yarəb, yarəbBiçarə məni-əsir, yarəb, yarəb,Dərmandə mən fəqir, yarəb, yarəb.
Qılğıl məni-gümrahə inayət, yarəbQılğıl məni-gümrahə inayət, yarəb,Görsət mənə bir rahi-hidayət, yarəb,