Hicrara könlüm sorur hər dəm ləbin əhvalını
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Hicrara könlüm sorur hər dəm ləbin əhvalını,Gərçi var mührəq büti əmma yalaydür balını.
Gözlərin aldı qərarü səbrü aramım mənim,Ol kişi tək kim, hərami aldı anın malını.
Al yanağın tökmək istər qanım, ey Leylivəşim,Necə kim, Məcnunəm, əmma bilmədim anın alını.
Dağlar göydürdüm, kəsdim əliflər köksümə,Zahir etdim ziynət içün, munca xəttü xalını.
Aşiqi-sabitqədəm oldur ki, İbrahim təki,Padişahlıqdan keçib geydi gədalıq şalını.
Ey ki, dersən, zahida, qalxandan etməz tiri-eşq,Vay əgər görsən sən anun ğəmzeyi-qəttalını.
Məqtə — şairin təxəllüsü olan son beyt. Kişvəri tək zəhr oldu xumari qəm biləOl dəm ol nərgisi-bimar sormaz halını.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-hicrara-konlum-sorur-her-dem-lebin-ehvalini
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey saçı sünbül, yüzi dadə, gözi ahubərə,Boldu sənsiz ruzigarım tirəvü bəxtim qarə.
Vəh ki, sənsiz həmdəmi-ahü fəğan boldum yenəVəh ki, sənsiz həmdəmi-ahü fəğan boldum yenə,Bidilü bidilbərü bixanüman boldum yenə.
Eşq əlindən tabi-cani-natəvanım qalmadıEşq əlindən tabi-cani-natəvanım qalmadı,Necə pünhan saxlayam dərdüni canım qalmadı.
Səndən ayru ölməgim guya ki, təqdir olmadıSəndən ayru ölməgim guya ki, təqdir olmadı,Yoxsa can verməkdə məndən hiç təqsir olmadı.
Başqa şairlərin şeirləri · Eşq
Ey rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,
Gər zülfün ilə beylə ola aşina gözünGər zülfün ilə beylə ola aşina gözün,Axırda başıma gətirər min bəla gözün.
On səkkiz yaşında...Çatır son mənzilə ömrün karvanıƏlli il yol gəldik bu səhrada biz.
BismillahQaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah