Hər qulun cahanda bir pənahı var,Hər əhli-halın bir qibləgahı var,Hər kəsin bir eşqi, bir allahı var,Mənim tanrım gözəllikdir, sevgidir.

Gözəl sevimlidir, cəllad olsa da;Sevgi xoşdur, sonu fəryad olsa da,Uğrunda mənliyim bərbad olsa da,Son dildarım gözəllikdir, sevgidir.

Gözəlsiz bir gülşən zindana bənzər,Sevgisiz bir başda əqrəblər gəzər,Nə görsəm, hankı bəzmə etsəm güzər,Həp duyduğum gözəllikdir, sevgidir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq