Ehtizaz etmədə hər yanda behişti-nəfəxat,Oqşuyor səhn çəmənzarı yenə ruhi-bahar.Şəms, o nevzadi-təbiət gülüyor şəşəəbar,Saçıyor hər tərəfə rəngi-səfa, nuri-həyat.Sanki hər şey gülüyor, ərzü səma həp məsrur,Hər tərəf mevceyi-nur...

Kainatə veriyor nəşə nəsimi-səhəri,Sərvlər qaməti mevzun ilə həp məsti-qürur...Bir tərəfdə ötüşür şevqü şətarətlə tüyur,Pərdə-pərdə eniyor, yüksəliyor nəğmələri.Süslənib naz ilə bir yanda gülümsər əzhar,Pürsəfa, ləmənisar...

Gəzinir qarşıda bir tifli-məlahət yalınız...Hər ədasilə o şux aləmi eylər məshur.İştə, səyyar çiçək denməyə şayan bir qız!Çeşmi-məxmurinə baqdıqca ürək çırpınıyor,Allah, Allah! Nə qədər ülvi... o mavi gözlər!O səmavi gözlər!

Həp çiçəklərdə təməvvüc edən əlvani-sürur,Əks edib çöhreyi-gülgününə eylər ləman;Zülfi-zərtarını yaldızlar ilahi bir nur,İştə bir levhə ki, hər zairi eylər heyran;İştə bir şer ki, hər şairi eylər təltif,Nə qədər şeri-lətif!..Böyük dərə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq