Kiçik sərsəri
Uyuyur... caməxabı toz, torpaq;Nə bir ümmidi var, nə kimsəsi var.O bir öksüz, o bir soluq yarpaq;Nə də məhzun köküs keçirməsi var.
Ona yoldan keçənlərin ürəyiDaş kəsilmiş də yasdıq olmuşdur.Yox onun imdi kimsədən diləyi;Uyuyur... binəva yorulmuşdur.
Günəşin qızğın, odlu zərbəsinəHədəf olmuş vücudu; həm də əlil...Bir kiçik qülbə yox ki, kölgəsinəİltica eyləsin zavallı səfil!
Zülmü fisqin, cinayətin yolunuSədd üçün həbsxanalar yapılır.İmdi məsum ikən, səfalət onuMücrim elan edər, yarın asılır.
Haqqa varmaq, pərəstiş etmək üçünUcalır bir tərəfdə məbədlər.Daş, çamur, haqq rizası namümkün...Aldanır, aldanır zavallı bəşər.
Kitabxana.az · https://kitabxana.az/works/cavid-kicik-serseri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Balaxanı neft mədənlərinə gedərkən, Məsud ilə Şəfiqə arasında bir müsahibə.Şəfiqə bir az xəyalpərvərdir, uzaqdan neft buruqlarını görüncə,
Bən istərim kiBən istərim ki, gözəllər, bütün gözəlliklərUzaq-uzaq, pək uzaq bir üfüqdə əylənsin.
Bənim tanrımHər qulun cihanda bir pənahı var,Hər əhli-halın bir qibləgahı var,
Bilməm kimə?Çocuqluğumda eşitmişdim eşqin atəşi var,Diyordular ki, o hər hanki qəlbə düşsə yaqar.