Pənbə, şəffaf, ipəkli bir çarşaf,Lərzişi-səfvətilə hər saətRuhi-məcruhə eyliyor ithaf.Nazənin bir fəriştə, bir afət.Bu təsəttür nasıl da cazibədar!Bunda pək incə bir lətafət var.

Sanki bir nevşükuftə gül fidanınPənbə tüllər əhatə qılmışdır.Ya ki bir kevkəbi-dirəxşanınÜstünü həp şəfəqlər almışdır.Mən açıq şerdən də həzz edərim,Fəqət ən gizli şeri pək sevərim.

Açaraq sivrilir çoq afətlər,Saf və azadə sanki bir zanbaq...Sən əmin ol ki, ey şükufeyi-tər,Gülə pək başqa fər verir yapraq!Söylə! Dünyada hanki sənətkar,Kölgəsiz bir rəsimdə sənət arar!?

O vücudi-lətifi qoy sarsın,Nurdan işlənən ipək tellər.Bəncə məğrurü möhtəriz baqışınRuhu təltif için kifayət edər.Örtün! Örtün... Fəqət unutma, saqın!Sənin açmaq zamanın: iştə yarın!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri