Mən nə idim?Şərqin əzilmiş qadını!

(Bir az sükut...)

Mən nə idim? Uf, onu heç sormayınız!Varlığım bir quru heç!

Keçmişin ən qaba, ən vicdansız,Kirli dırnaqları qəhr etdi məni.Görmədim gün işığı;Doğduğum gündən — əvət — tarixinPaslı zəncirləri inlətdi məni.

Hər tərəfdən qara bir mövhumatPərdələr çəkdi həmən gözlərimə...Qoparırkən fəryad,Etdi qanun ilə din istehzaMənim öksüzcə qırıq sözlərimə.

Yox, yalan söylədim, aldanmayınız;Vardı bir çox tapınanlar da manaÇünki pək dilbər idim,Süslü kaşanələrin qoynunda,Məni sarmışdı ipəklər, tüllər...Ağlayırdım gülərək,Alışıb məhbəsə, altun qəfəsə,Söndürürdüm qaba şəhvətləri mən...

“Pək gözəlsən” — qaniçən sultanlarMəni əyləncə yapar,Çox zamanlar da bağışlar birinə,“Ən nəfis işvəli bir qüvvə” — deyə.Oh, nə miskincə həyat!?Yeri gəldikcə atarlar Nilə,Yaxud atəşkədəyə...

Duyğusuz tanrıya qurban olaraq,Kül olurdum yanaraq, qıvrılaraq.Daha dəhşətli bəla, — çirkin isən, —Atacaqlar dərhalBir çuxur, bir quyuya, bir kanala.Yapsalar hər qabalıq, alçaqlıq,Baş əyərdim susaraq of demədən...Bir zamanlar mən, əvət, bir heç idim,Qismətim sillə, dayaq, könlüm əsir,Bir böcəkdən də həqir.

İmdi lakin o tikənlərdən uzaq —Gülərək, oynayaraq,Yaşamaq zövqünü duymaqdayım ancaq, ancaq...Yox, mən artıq sürünən heç deyilim,Parçalanmış da qaranlıqdan hörülmüşkəfənim,Gəmirilməz beynim.İştə ən şanlı üfüqlərdə uçanŞərqin azadə, gülər bir qızıyam;Uca həşmətli fəzalardan aşanPənbə bir yıldızıyam!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü pərdə

Ətrafı sərvlərlə əhatə olunmuş bir xıristiyan məzarlığı, səhnənin ucunda, məzarçıya məxsus bir oda, hənuz günəş batmamış... Mariya matəm əsvabında olaraq, ətrafı, üzəri əklillərlə, çiçəklərlə süslənmiş tazə bir məzar qarşısında dalıb gedir. Müller isə mütəəssir bir halda düşünüb durur. Bu sırada aşağıdakı türkü – şikəstə havasında olaraq – yaralı və tutqun bir ahənglə ətrafdan eşidilməyə başlar.Türkü

19168 dəq
Beşinci pərdə

Üst qatda həbsxanəyə məxsus büyücək bir oda... Odanın bir qapısı, üç-dört ufaq pəncərəsi var. Rəuf ilə Məs’ud bir tərəfdə yatıyor, Şeyda isə digər tərəfdə, pəncərə önündə, öksürüb inildiyor, hər üçü dutsaq qiyafətindədir. Lampanın donuq və qəsvətli işığı mart sabahınaqarşı getdikcə sönük və ölgün bir tevr alır. Şeydanın solğun çöhrəsi, dağınıq saçları acınacaq bir levhə ərz edər.*

19168 dəq
Şeyx Sənan

ƏŞXASŞeyx Kəbir – fəzilət və irfanilə, irşad və ictihadilə məşhur, ağsaqal və nurani bir mürşid.

19141 dəq
Birinci pərdə

I SƏHNƏ**Mədineyi-Münəvvərədə, Şeyx Kəbirin evində üləmayə məxsus bir qəbul odası... Odanın iki qapısı, üç-dört pəncərəsi var. Qapının biri Şeyxin hərəmxanəsinə açılır. Pəncərələrdən ikisi xurmalıqdan ibarət gözəl bir bağça ərz edər. Pərdə açıldıqda, Şeyx Əbuzər odanın bir guşəsində ikindi namazını bitirmiş, əlləri və yüzü göyə doğru duaya məşğul görünür.*

191425 dəq

Başqa şairlərin şeirləri