Dördüncü pərdə
Ətrafı sərvlərlə əhatə olunmuş bir xıristiyan məzarlığı, səhnənin ucunda, məzarçıya məxsus bir oda, hənuz günəş batmamış... Mariya matəm əsvabında olaraq, ətrafı, üzəri əklillərlə, çiçəklərlə süslənmiş tazə bir məzar qarşısında dalıb gedir. Müller isə mütəəssir bir halda düşünüb durur. Bu sırada aşağıdakı türkü – şikəstə havasında olaraq – yaralı və tutqun bir ahənglə ətrafdan eşidilməyə başlar.
Türkü
Fələk hər gün qıyar bir novcəvanə,
Hər gün qılar bir aşiqi divanə.
Hər tərəf məzarlıq, hər yer qəmxanə,
Açılmadan solmuş çiçəkli bağlar.
Bir gülən yoq şu qayğılı dünyadə,
Çoqlar nakam olub irməz muradə,
Kimsəni görmədim zevqü səfadə,
Bülbül ağlar, sünbül ağlar, gül ağlar.
Maks Müller. Artıq günəş batıyor, getmiyəlimmi?
Mariya. Ah, bənim yeni doğmuş günəşim batdıqdan sonra, başqa günəşlərin batıb
çıqmasında nə əhəmiyyət ola bilir!? (Gözləri yaşarmış olduğu halda). Ah, Roza, Roza,
mələk Roza!
Maks Müller (onun qolundan tutaraq). Gedəlim, Mariya, vaqt keçiyor. (Istirham
və nəvazişlə). Haydı, qalq, Mariya!
Mariya. Ah, bəni buracıqda, yavrucığazımın yanında bıraqıb getsən, daha
məmnun olurum.
Maks Müller. Mariya! Gedəlim; qalq, gedəlim, yarın yenə gəliriz.
Mariya (qalqaraq). Gedəlim, of, gedəlim. (Müllerin yardımı ilə dörd-beş adım
yürür, birdən-birə yaralı ahu baqışilə dönüb baqaraq.)
Əlvida! Yavrum, əlvida!
Hər ikisi məhzun və mütəəssir adımlarla çəkilir. Bu sırada Rəuf ilə Məs’ud gəlir.
Rəuf (Mariyanın uzaqlaşdığı tərəfə baqaraq). Zavallı Mariya, bir an səbr və aramı
yoq.
Məs’ud. Nə yapsın? Gözünün işığı, yeganə ümidi, bir qızcığazı var idi, o da
əlindən getdi. Əvət! Mariyanın halı pək acınacaq bir hal... Lakin şu Musaya nə dersin?
Bir həftə var ki, hökumət hərifi arıyor da, bir dürlü bulamıyor.
Rəuf. Doğrusu, bən onun sağ qaldığına əsla inanamıyorum. Allah Məcid
əfəndinin bəlasını versin, hərifi durduğu yerdə bədbaxt etdi.
Məs’ud. Hələ Şeyda, hələ Şeyda! Onu unutuyormusun?
Rəuf. Onu hiç söyləmə! Şeydanın dərdi çəkilir dərdlərdən deyil... O, Rozanın
məcnunu olmuş, bən də onun. Yoqsa şimdi bənim buralarda nə işim?
Məs’ud. Nə etməli; əzizim, məhəbbət əsarətdir.
Rəuf. Ən tuhafı bu ki, Şeyda Rozanın ölümünə əsla inanmaq istəmiyor.
Məs’ud. Öylə isə onun burada nə işi?!
Rəuf. Kim bilir, bəlkə...
Məs’ud. Bəlkə biliyor da, sezdirmiyor, sezdirmək istəmiyor.
Rəuf. Xayır, inan ki, Əzrail belə şəhadət eyləsə yenə inanmaz.
Məs’ud. Haydı, kəndisini bulalım da, bən işin həqiqətini şimdi anlarım. Bu halda
məzarçı odasından çıqar.
Rəuf (məzarçıya). Arqadaş! Dünkü hərifi gördünmü?
Məzarçı. Şıq bəyimi? Ixtiyarımı? Dağınıq saçlı dəliqanlıyımı? Hankisini
soruyorsun?
Məs’ud (Rəufa). Şu böylə ixtiyar kim imiş, əcəba?
Rəuf. Bəy bizim Əşrəf, ixtiyar da babasıdır.
Məs’ud. Pəki, onlar burada nə yapıyor?
Rəuf (Rozanın məzarına işarətlə). Əşrəf bəy şu məzarın daimi mücavirlərindəndir.
Babası da hər aqşam oğlunun arqasınca qoşub duruyor, kölgəsi kibi peşindən
ayrılmıyor.
Məzarçı (ətrafa). Əcaib şey! Nerdə bir şaşqın, sərsəri varsa həp buraya toplaşır.
Məs’ud. Haydı, Şeydayı bulalım da evə gedəlim.
Rəuf. Əvət, gedəlim, bəlkə şad bir xəbər duyarız.
Məs’ud. Nə şad xəbər?
Rəuf. Inqilab xəbəri...
Məs’ud. Nasıl inqilab?
Rəuf. Yəqindir ki, qocaman şimal ayısının dərisi parçalansın.
Müstəbid rus zənciri üzərimizdən qalqsın və hər millət kəndi yurduna, kəndi
hüququna qavuşsun.
Məs’ud. Gəl canım, gəl... sən də Şeyda kibi xəyalpərəst olma!..
Gedərlər.
Musa başında əski, yırtıq bir şapka, təbdili-qiyafət etmiş olduğu halda məzarçı
odasından çıqar. Rəufla Məs’ud getdiyi tərəfə baqaraq məzarçıya.
Mu s a . Onları tanıyormusun? İştə bizim əski arqadaşlar!
Məzarçı. Aman, odaya çəkil; başqa bir adam daha gəliyor.
Musa (müstəhzi). İştə o da bizim başımızın sahibi Məcid əfəndi! (Məmnun).
Amma nə eyi təsadüf. Hiç şimdiyə qadar bir avın avçıyı izlədiyini eşitdinmi?
Məcid əfəndi. Haydı, söylənmə, odaya get; bən də şuradakı odunları gətirəyim.
Mu s a . Pəki, arqadaş, pəki... (odaya girər, məzarçı da bir tərəfə gedər).
Məcid əfəndi (ağır adımlarla məzarçının odasına yaqlaşaraq). Bana baq! Orada
kim var?
Musa (çıqar. Tanınmayacaq bir səslə). Kimi istiyorsun?
M ə c i d ə f ə n d i . Əşrəf buraya gəlmədimi?
Musa (sükut edər).
Məcid əfəndi. Hər aqşam buraya gələn dəliqanlıyı görmədinmi?
Musa (cəvab verməksizin ona yaqlaşar).
Məcid əfəndi (qorqu və hiddətlə). Sağırmısın, yahu? Niçin cəvab vermiyorsun?
Mu s a . Əvət, alçaqca sözləri eşitməmək için sağırım.
Məcid ə f ə n d i . Ah! (Deyə geri çəkilir).
Mu s a . Al, İştə sana ən kəskin cəvab! (Dərhal revolverlə köksündən vurur).
M ə c i d ə f ə n d i . Ah, ax... (Deyə arqası üstə düşər).
Musa (vəhşiyanə). Gəbər!.. Gəbər, alçaq hərif, gəbər!.. Nihayət cəzanı buldun!
(Müstəhzi). Tək əl işə yaramazmış, tək əldən səs çıqmazmış, öyləmi? (Çılğınca
qəhqəhələrlə gülər).
Məzarçı (qoltuğunda beş-altı odun parçası olaraq gəlir, heyrət və təlaşla). Aman,
şu hərif kim? Buna nə oldu?
Musa (acı qəhqəhə ilə). İştə sana yeni bir müştəri daha!
Məzarçı (şaşqın). Nə yapdın? Yahu, nə yapdın?
Mu s a . Başqa laf istəməz. (Cənazəyə işarətlə). Haydı, al da şuracıqdakı boş
məzarə göm! (Təbdili-tevrlə). Amma şikar pək yağlı şikar! Saqın, ciblərini unutma!
Məzarçı. Ah, sən başımızı bəlayə soqacaqsın!
Mu s a . Haydı, çoq söylənmə! Şimdiyə qadar sən bana əmr etdin.
Artıq bundan sonra sıra bənimdir.
Cənazəyi ayağından tutub göstərdiyi tərəfə çəkər, məzarçı da odun parçalarını
bıraqaraq baş tərəfdən yaqalar, bərabər götürürlər.
Əşrəf (onlar çəkildiyi sırada, yaralı qolu ağ məndillə bağlı olaraq gəlir, yaralı-
məhzun baqışlarla Rozanın məzarı qarşısında dalıb gedər, sonra məzarı tutaraq, sinirli
və titrək bir səslə). Roza! Roza! Niçin bəni yalnız bıraqdın, niçin!?
-Ani bir hiss ilə dönüb ətrafa baqar. Haman cənazə götürülən tərəfə getmək istər, bu sırada Şeyda başıaçıq, saçları dağınıq, solğun və pərişan bir halda yan tərəfdən qarşısına çıqar.*
Əşrəf (bir-iki adım geri çəkilərək). Kim o?
Şeyda. Ah, xain, mərhəmətsiz!.. Sənin burada nə işin? Yoqsa, yoqsa bəni məhv
etmək içinmi gəldin?
Əşrəf (müztərib). Şeyda, əmin ol ki...
Şeyda (onun sözünü kəsərək). Tanıyorum, bən səni tanıyorum, bəhanə istəməz.
Qəlbimi nasıl parçaladınsa, vücudumu da öylə parçala, bəlkə rahatlanayım.
(Həyəcanlı) Fəqət sən!.. Sən yaşa! Roza ilə bərabər yaşa! Roza ilə bərabər məs’ud ol!
Bu halda Əşrəfə doğru bir qurşun açılır. Hər ikisi şaşırıb durur. Fəqət hiç birinə
dəyməz.
Musa (gələrək Şeydaya). Xayır! Xayır! Yaşayacaq sənsin, sən... Yalnız xainlər
gəbərməli, xainlər məhv olmalıdır.
Ə ş r ə f . Nə istiyorsun, yahu, bəndən nə istiyorsun?
Şeyda (ikisinin arasına girər. Istehzalı və məcnunanə bir baqışla Musaya). Çılğın
hərif, səndəmi şaşırdın! Bəxtiyarların ölməsində, talesizlərin
yaşamasında nə mə’na var? İştə məhv olacaq bənim, bən...
Anlıyormusun?!
Mu s a . Aldanıyorsun, Şeyda, aldanıyorsun... Çəkil önümdən, çəkil.
Şeyda. Xayır, xayır! Bən bu intiqama razı deyilim. Baqsana, burası xıristiyan
məzarlığı... şu xaçları görmüyormusun? Hiç isayı xatırlamıyormusun? İnan ki, əfv
etmək, intiqam almaqdan daha müdhişdir. (Bu sırada Rozanın xəyalı görünür, təkrar
çəkilir). Baq, baq, Rozayı görmüyormusun? İştə o da intiqamdan sıqılıyor, o da əfv
etməni diliyor. (Qısa bir qəhqəhədən sonra) Əvət! “Düşmanlarını sev. Əgər bir kimsə
sağ yanağına vursa, ona digər yanağını çevir!” Anladınmı? Hiç anlıyormusun?
(İstehzalı qəhqəhələrlə gülər. Əşrəfin qolundan tutub itərək). Haydı, əfəndim, get! Get
də, rahət yaşa, Roza ilə bərabər yaşa!
Mu s a . Xayır, getməyəcək, gedəmiyəcək!
Təkrar tapança ilə nişan almaq istər, bu sırada Rəufla Məs’ud bir tərəfdən,
məzarçı da digər tərəfdən çıqar.
Rəuf. Musa! Musa! Nə yapıyorsun?
Məs’ud (Əşrəfin qolundan tutaraq). Bana baq, söyləyəcək sözüm var. Bir tərəfə
çəkilirlər. Musa onları izləmək istər.
Məzarçı (mane olaraq). Dur bə, şaşqın hərif! Hiç nə yapdığını düşünüyormusun?
(Bu sırada bir qaç kərə ıslıq səsi eşidilir. Məzarçı təlaşla). Ah, şimdi polislər ətrafımızı
saracaq.
Mu s a . Fəqət yılanı öldürüb də yavrusunu bıraqmaq sərsəmlik deyilmi ya?!
Məzarçı. Sus bə, yahu, çıldırıyormusun? Bəri gəl, səninlə işim var. (Musayı bir
tərəfə çəkər).
Rəuf (Şeydaya). Pəki, qalpağını nerdə bıraqdın?
Şeyda (acı təbəssümlə). Ruzigarın xoşuna getdi də, alıb götürdü.
Rəuf. Vaqt keçiyor, artıq gedəlim.
Şeyda. Xayır, siz gediniz, bəncə burası daha eyi... (Məzarlara işarətlə). Çünki
bunlar, bu cansız cəsədlər, bu duyğusuz biçarələr sizə nisbətlə daha səmimi, daha
munis. Həm də bunlar sizlər kibi yalançı, xain deyillər; hiylə və şeytənət bilməzlər.
Rəuf (mütəəssir və mərhəmətli). Şeyda! Şeyda!
Məs’ud (gələrək). Daha nə bəkliyorsunuz? Haydı, gedəlim.
Bu sırada Rozanın xəyalı təkrar Şeydaya görünür.
Şeyda. Ah, gediyor. Roza gediyor, İştə sizin ölmüş bildiyiniz afət
məzarları dolaşıyor, sevgilisini arıyor, Əşrəfi arıyor.
Rəuf ilə Məs’ud şaşqın və mütəəssir bir tevrilə baqışırlar. Rozanın xəyalı, gözləri yerə
dikilmiş olduğu halda, bir qaç adım yürür, sonra birdən-birə dönərək əzici və kəskin bir
baqışla Şeydayı süzməyə başlar.
Roza! Roza! Allah eşqinə! Bəni rahət bıraq!
Rəuf. Şeyda! Niçin kəndinə acımıyorsun? Niçin kəndini üzüyorsun?
Rozanın xəyalı, munis və əfsunkar bir təbəssümlə çəkilib gedər.
Şeyda (səbirsiz). Ah! Bana darıldınmı? Aman, nerəyə gediyorsun?
(Yaralı bir fəryadla). Roza! Roza! Roza!
Sür’ətli adımlarla xəyala doğru ilərilər, arqadaşları da kəndini izlər, bu sırada iki polis
əllərində silah olaraq qoşub gəlirlər.
Bi r i n c i p o l i s . Ey, nə qaçıyorsunuz?
İ k i n c i p o l i s . Qımıldanma, dur!
Hər üçü durduğu yerdə dona qalır, polislər dərhal üçünün də əllərini kələpçə ilə
bağlar.
B i r i n c i p o l i s (barmağilə işarət edərək, amiranə). Haydı, buyurun!
İ k i n c i p o l i s . Doğru qaraqola!
Rəuf. Əfəndim, bizdə silah yoq..
Məs’ud (ciblərini, qoltuqlarını göstərərək). İştə baqa bilirsiniz.
Bi r i n c i p o l i s . Söylənib durmaq fəzlə...
İ k i n c i p o l i s . Haydı, qaraqola!
Musa ilə məzarçı da əli bağlı olaraq, digər tərəfdən iki polislə bərabər gəlir, həpsi
bir yerdə çəkilib gedərlər.
Pərdə
Христианское кладбище, окруженное кипарисами, в углу сцены комната гробовщика. Солнце еще не закатилось... Мария в траурной одежде стоит перед свежей могилой, усыпанной цветами. Рядом с ней - Макс Мюллер. Слышится сдержанно-печальная песня на мотив шикесте.
ПЕСНЯ
Каждый день злобный рок поднимает руку на чыо-то юную
жизнь,
Каждый день он сводит с ума какого-нибудь влюбленного,
Все вокруг - сплошное кладбище, везде обитель грусти,
Везде увядают в пору расцвета цветники.
Нет ни одного смеющегося в этом полном забот мире,
Многие, разочаровавшись, не достигают цели,
Никого я не видел в радости и довольстве.
Плачет соловей, плачет гиацинт, плачет роза...
Макс Мюллер. Уже солнце садится, может пойдем?
Мария. Ах, после того, как закатилось мое только что взошедшее солнышко, какое мне дела до закатов или восходов других солнц! (Со слезами на глазах). О Роза, Роза, ангел мой, Роза!
Макс Мюллер (поддерживая ее под руку), Пойдем, Мария, пора. (С глубокой горечью, ласково). Прошу тебя, Мария, пойдем!
Мария. О, если б ты ушел, оставив меня тут, рядом с моей бедной доченькой, я была бы счастлива.
Макс Мюллер. Мария! Завтра мы опять придем сюда...
Мария. Что ж, пойдет... (С помощью Мюллера делает несколько шагов, внезапно поворачивается и смотрит взглядом раненой газели). Прощай, дитя мое, прощай!
Оба, скорбно понурившись, удаляются. В это время подходят Рауф и Масуд.
Рауф (глядя вслед Марии). Несчастная Мария! Нет для нее утешения.
Масуд. Еще бы. Одна дочь была у нее, свет очей, единственная надежда, - и ту потеряла. Увы, до чего же, плачевно ее состояние... Ну, что поделаешь с этим Мусой? Вот уже неделя, как власти ищут его, но никак не могут найти.
Рауф. Сказать по правде, я не верю, что он до сих пор жив. Да покарает аллах Меджида-эфенди, ни с того, ни с сего сделал несчастным человека.
Масуд. А Шейда? О нем ты разве забыл?
Рауф. И не говори. Мучения, что терпит Шейда, выше человеческих сил... Он буквально обезумел от тоски по Розе, а я люблю его как брата, иначе зачем бы мне приходить сюда?
Масуд. Что поделаешь, друг мой. Любовь - это рабство.
Рауф. Самое страшное заключается в том, что Шейда не верит в смерть Розы.
Масуд. Если так, то что ему тут делать?
Рауф. Кто знает, может быть...
Масуд. Может быть, он все понимает, но не хочет признавать это?
Рауф. Нет. Поверь, если даже призвать в свидетели самого ангела смерти, он и ему не поверит.
Масуд. Давай отыщем его, и я попытаюсь во всем разобраться.
В это время из своей комнаты выходит могильщик.
Рауф (могильщику). Приятель! Не появлялся ли здесь вчерашний посетитель?
Могильщик. Это кто же? Разодетый по моде бек? Старик? Или юный безумец с растрепанными волосами? О ком из них спрашиваете?
Масуд (Рауфу). Интересно, кто этот модник-бек и этот старик?
Рауф. Бек-это наш Ашраф, а старик-его отец.
Масуд. Допустим, но что им здесь нужно?
Рауф (указывая на могилу Розы.). Ашраф-бек - постоянный паломник этой могилы. Отец же его каждый вечер бредет за своим сыном как тень, не покидает его.
Могильщик (в сторону). Удивительное дело! Сколько ни есть помешанных и полоумных, все собираются здесь.
Масуд. Давай найдем Шейду и вместе отправимся домой.
Рауф. Да; пойдем, может, нас ждет радостная весть.
Масуд. Какая радостная весть?
Рауф. Весть о революции...
Масуд. О какой революции?
Рауф. Вот-вот наступит час, когда шкура старого северного медведя будет разодрана, с нас спадут оковы русского самодержавия, и каждая нация обретет свою землю, свои права.
Масуд. Пойдем, душа моя, пойдем... Не будь и ты таким мечтателем, как Шейда!
Уходят.
Муса, сменивший одежду, в старой драной шапке выходит из комнаты могильщика. Смотрит вслед Рауфу и Масуду,
Муса (обращаясь к могильщику). Знаешь ли ты их? Они мои старые товарищи.
Могильщик. Будь осторожен, войди в комнату. Вон, идет еще какой-то человек.
Муса (иронически). А это наш владыка, Меджид-эфенди! (С радостным возбуждением). Но какой приятный случай! Слышал ли ты до сих пор, чтобы добыча сама являлась к охотнику!
Могильщик. Не болтай, заходи в комнату, а я схожу за Дровами.
Муса. Ладно дружок, так и быть... (Входит в комнату, могильщик удаляется в другом направлении).
Меджид-эфенди (тяжелыми шагами приблизившись к комнате могильщика). Эй, есть тут кто-нибудь?
Муса (выходя, измененным голосом). Кого ты хочешь?
Меджид-эфенди. Не было ли тут Ашрафа?
Муса (молчит).
Меджид-эфенди. Не видел ли ты того молодого человека, который каждый вечер приходит сюда?
Муса (не отвечая, приближается к нему). Меджид-эфенди (повысив голос, с испугом). Ты что, оглох, что ли? Почему не отвечаешь?
Муса. Да, я глух, чтобы не слышать подлых слов.
Меджид-эфенди. Ах! (Пятится назад).
Муса. Вот тебе самый верный ответ! (Стреляет ему в грудь).
Меджид-эфенди. О-о!.. (Падает на спину).
Муса (злорадно). Сдохни, подлый тип! Сдохни! Наконец-то ты получил по заслугам! (Язвительно). Одна рука не годилась для работы, одной рукой хлопка не издать, не так ли? (Неистово смеется).
Могильщик (входит, неся несколько поленьев, встревоженно). О боже, кто этот тип? Что с ним случилось?
Муса (с горьким хохотом). Вот тебе еще один клиент!
Могильщик (растерянно). Что, ты натворил? Послушай, что же ты натворил!
Муса. Не надо лишних слов. (Указывая на труп). Возьми и похорони его в пустой могиле! (Меняя тон). Но добыча довольна жирна! Смотри, не забудь о карманах!
Могильщик. Ах, навлечешь ты беду на нашу голову!
Муса. Ладно! Много не болтай! До сих пор ты мною командовал, теперь наступил мой черед.
Берет труп за ноги и тащит в указанном им самим направлении, могильщик бросает дрова, подхватывает труп за голову. После их ухода появляется Ашраф. Раненая рука его подвязана белым платком. С грустью останавливается перед могилой Розы.
Ашраф (дрожащим голосом). О, Роза! Роза! Почему ты оставила меня одного, почему?
Склоняется над могилой, обнимая ее. Затем намеревается идти в том направлении, куда унесли труп, но в этот момент навстречу ему выходит Шейда, бледный, с непокрытой головой и растрепанными волосами.
Ашраф (отступая от него). Ты ли это?
Шейда. О, предатель беспощадный!.. Что ты тут делаешь? Или явился погубить меня?
Ашраф (страдающе). Шейда, будь уверен, что...
Шейда (прерывая его). Знаю, я тебя знаю, не надо отговорок. Как ты разбил мое сердце, так уничтожь и все существо мое, может, я обрету покой. (С волнением). Но ты... Ты живи! Живи вместе с Розой! Будь счастлив вместе с Розой!
В этот миг раздается выстрел. Оба, вздрогнув, оборачиваются. Это Муса стрелял в Ашрафа, но промахнулся.
Муса (подходит, обращаясь к Шейде). Нет, нет! Ты должен жить, именно ты достоин жизни. Только предатели должны сдохнуть, предатели должны быть уничтожены.
Ашраф. Чего тебе надо, эй, ты, что хочешь от меня?!
Шейда (встает между ними, Мусе). Полоумный тип, ты тоже потерял голову? Какой смысл в смерти счастливых и в жизни злосчастных? Это я должен умереть, только я. Понятно тебе?
Муса. Ошибаешься, Шейда, ошибаешься. Уйди с моего пути, не мешай.
Шейда. Нет! Нет! Я не одобряю этой мести. Смотри, тут христианское кладбище... Разве ты не замечаешь крестов? Не вспоминаешь Иисуса? Поверь, что прощать страшнее, чем мстить.
В этот момент появляется призрак Розы и вновь исчезает.
Смотри, смотри, видел ли ты Розу? Месть тяготит ее, и она просит, чтобы ты простил. (Усмехнувшись). Да! «Люби врагов своих. Если кто ударит тебя в правую щеку, то обрати к нему и левую...» Понял ли ты? Уразумел ли, наконец? (Схватив Ашрафа за руку, толкает его). Уходи, мой эфенди, уходи! Уйди и живи спокойно. Живи вместе с Розой!
Муса. Нет, он не уйдет, не сможет уйти!
Снова целится, но в это время с одной стороны входят Рауф и Масуд, с другой - могильщик.
Рауф. Муса, Муса, что ты делаешь?
Масуд (беря Ашрафа под руку). Слушай меня, я хочу тебе кое-что сказать. (Отходят в сторону. Муса хочет последовать за ними).
Могильщик (препятствуя). Постой-ка, сумасшедший! Соображаешь ты хоть, что делаешь? (С разных сторон раздаются свистки)
Могильщик (с тревогой). Ах, вот и полицейские окружают нас!
Муса. Но разве не глупость убить змея и оставить в живых змееныша?
Могильщик. Слушай, ты, замолчи, видно, совсем лишился рассудка! Отойдем лучше в сторонку, у меня к тебе дело. (Отводит Мусу в сторону).
Рауф (Шейде). Послушай, а куда ты дел свою шапку?
Шейда (с горькой улыбкой). Она понравилась ветру, и он унес ее.
Рауф. Поздно уже, пойдем домой.
Шейда. Нет, вы идите, а для меня лучше тут... (Указывая на могилы). Ибо вот эти тела без душ, эти лишенные чувств несчастные более искренни, более дружелюбны, нежели вы. И еще - они не такие лгуны и предатели, как вы, они не знают ни коварства, ни дьявольских козней.
Рауф (опечаленно, с состраданием). Шейда! Шейда!
Масуд (подходя). Чего вы еще ждете? Пойдем отсюда!
В это время призрак Розы вновь является Шейде.
Шейда. О, она уходит... Роза уходит. Красавица, которую вы считаете мертвой, бродит по могилам, ищет своего возлюбленного, ищет Ашрафа.
Рауф и Масуд растерянно переглядываются. Призрак Розы с опущенной головой делает несколько шагов, затем, неожиданно обернувшись, пронзительным и гнетущим взглядом смотрит на Шейду.
Шейда. Роза! Роза! Во имя аллаха, оставь меня в покое!
Рауф. Шейда! Почему ты не пожалеешь себя? Зачем ты терзаешься?
Призрак Розы удаляется с приветливой и чарующей улыбкой.
Шейда. Ты на меня обиделась? О, куда же-ты идешь? (С горьким стенанием). Роза! Роза!
Устремляется за призраком. Друзья следуют за ним. Входят двое полицейских с оружием в руках.
Первый полицейский. Эй, куда бежите?
Второй полицейский. Стойте! Ни с места!
Все трое останавливаются, полицейские надевают им наручники.
Первый полицейский. Марш вперед!
Второй полицейский. К караульному!
Рауф. Мой эфенди, у нас нет оружия.
Масуд. Можете сами проверить...
Первый полицейский. Нечего тут болтать попусту.
Второй полицейский. К караульному!
Муса и могильщцк, тоже в наручниках, в сопровождении двух полицейских появляются с противоположной стороны. Все вместе уходят.
Занавес.
Kitabxana.az · https://kitabxana.az/works/cavid-seyda-dorduncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İki yıl sonra, Berlində üst qatda, alman zevqinə uyğun süslü bir salon. Sağda, solda və qarşıda balkona açılır birər qapı. Balkon qapısının iki tərəfində birər böyük pəncərə… Balkon və pəncərələrin ətrafında rəngarəng çiçəklər gözləri oqşar. Sağ və sol divarlarda Şiller və Hötenin böyük rəsmləri asılmış. S o l o m o n bir guşədə masa başında yazı ilə məşğuldur. Önündəki kitab və dəftərləri qarışdırıb bir qeyd yapar, həzİranın son günləri. Aqşam… Uzaq qomşuda pianoda lirik parçalar çalınar.*K n y a z alafranqa qıyafətdə olaraq balkonda ətrafı seyrə dalar. Salona keçib Solomona yaqlaşar.*
Beşinci pərdəBerlində bir kafe-restoran… Sağda, solda birər qapı… ucda küçük bir səhnə… Səhnənin bir tərəfində beş-altı nəfərlik orkestra. Ən ortada rəqsə məxsus yer… Ətrafda müştərilərə məxsus masa və sandaliyələr… Mayısın ilk günü…Solomon bir yanda, bufet qarşısında qəzetə oqur. Xidmətçi q a d ı n l a r və q ı z l a r masaları silib təmizlər. Qadınlar şişman ikən qara gündən avurdları batmış, qızlar isə zəif solğun görünürlər.*
MaralƏŞXAST u r x a n b ə y – Ortaboylu, şişmanca bir mülkədar, milli qiyafətdə, 48 yaşında.
Birinci pərdəVəq’ə Qafqasya şəhərlərindən birində vaqe olur. Səhnə: qürub zamanı Turxan bəyin evində divarı, döşəməsi xəlilər ilə süslü, alafranqa bir qəbul odası göstərir. Divarda Şeyx Şamilin rəsmi ilə bir böyük divar saatı və bir ayna asılmış, sağda və solda birər qapı, bağçaya nazir iki-üç pəncərə, iki böyük lampa, sandaliyələr, masalar və sairə...*Maral sol tərəfdəki – açıq bıraqılmış qapıdan içəri girər, kəndi halından məmnun olmadığı yüz-gözündən sezilir. Pəncərələrdən birini açıb bağçayı seyr edər və eşidilməkdə olan bülbül nəğmələrini dinləyərək məhzun və düşüncəli bir halda dalıb gedər.*
Başqa şairlərin şeirləri
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,
Yavaş-yavaşBağlandı guş sovt ü sədadan yavaş-yavaşGöz xirələndi, düşdü ziyadan yavaş-yavaş
A mollaÇıxdı ramazan, çıxdı sənin canın, a molla,Başlandı sənin şami-qəribanın, a molla.
Möhnətindən daima halım pərişandır, fələkMöhnətindən daima halım pərişandır, fələk!Dəmbədəm aləm ləbindən içdiyim qandır, fələk!