Çıxdı ramazan, çıxdı sənin canın, a molla,Başlandı sənin şami-qəribanın, a molla.

Gül başına, ağla, qapanır məclisi-ehsan,Getdi işinə bəxti, günü qarə müsəlman;Pulların alıb, vermiş idin və’dəyi-rizvan,Getdi, yenə qaldı sənə rizvanın, a molla,Söylə, nə girib kisəsinə anın, a molla?

Mən bilmirəm axır necə bir yerdi bu cənnət,Olmuş sizə yaramarka kimi cayi-ticarət?Huriləri verdin hələ mö’minlərə övrət,Bəs söylə nə lazımdı bu qılmanın, a molla?Əqli irişirmi bura insanın, a molla?

Çıxdı əliniz bir neçə ay yağlı pulovdan,Qəm çəkmə, əyər düşdüsə işdən bu dəyirman,Olmaz sənə siğə daha nisvani-müsəlman,Düşməz toruna Fatma, Tükəzbanın, a molla,Qalsın özünə hərzəvü-hədyanın, a molla.

Bu ayda şikəm mülkünü tə’mirə çalışdın,Mö’minləri hər ləhzədə təqdirə çalışdın,Pul vermiyəni hər gecə təkfirə çalışdın,Sordun zəli tək sən hamının qanın, a molla,Aldın canını xəstə müsəlmanın, a molla.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Nəsihət

Toğrulun xəyanəti və idarəsizliyi yenə də Yaxın Şərqdə böyük bir rahatsızlığın zəminəsini qoyurdu. Hökumət cənub, cənub-qərb və cənub-şərq tərəflərində yaşayan qonşu hökumətlərlə bağlanmış müqavilələri pozmağa və tanımamağa başlamışdı.Hüdudların müdafiə edilməsi tədbirlərindən birisi də Şimali Azərbaycan xalqının ruhunu və onların Toğrulun siyasətinə tərəfdar olub-olmamalarını öyrənməkdən ibarət idi. Bunun üçün də Qızıl Arslan qardaşı oğlu Əbubəkri Şimali Azərbaycan səyahətinə göndərmişdi. Çünki azərbaycanlılar Qızıl Arslan tərəfindən vəliəhdliyə namizəd edilmiş bu gənci həddindən artıq sevirdilər. Birinci olaraq onun vəliəhd təyin edilməsini Azərbaycan xalqı təsdiq eləmişdi.

13 dəq
Dörd məktub

Fərivər küləkləri, gecənin qaranlığından istifadə edərək çiçəklərlə öpüşdüyü zaman, haq quşu da çinarların şaxələrində şirin yuxuya dalan minlərcə quşların ninnisini oxuyurdu.Maşan dərələrindən şaqqıltı ilə axıb, Maşan düzlərini dolduran Maşanrud çayı ulduzların şəfəqini çimdirmək üçün geniş hövzələr təşkil edirdi.

20 dəq
Düşüncələr

Əbubəkr ibn Məhəmməd Gəncədə bir neçə ay oturdu, bu müddətdə Şirvan və Gürcüstan hökumətləri ilə möhkəm bir dostluq müqaviləsi bağlandı. Şirvan şahı Əbülmüzəffər Şərqdə başlanmaqda olan qanlı hadisələrdə iştirak etməmək üçün, Gürcüstan hökmdarını da Qızıl Arslanla bağlanan dostluq müqaviləsində iştiraka cəlb etdi. Şirvan hökumətinin bu ağıllı rəftarı Şimali Azərbaycanda, cənubdan və cənub-qərbdən hücum edən düşmənlərə qarşı böyük bir qüvvət təşkilinə imkan yaratdı.Qızıl Arslan hüdudlardan yaxşı xəbərlər ala bilmirdi. Qarışıqlıq başlayırdı. Buna görə də Gəncəyə göndərilən fərmanda Şimali Azərbaycanda düzələn ordunun təcili bir surətdə cənuba hərəkət etməsi göstərilirdi.

26 dəq
Kəhran qalası

Qızıl Arslan Qətibəni Təbrizə köçürəndən sonra Həmədanda belə bir şayiə gəzirdi:Qızıl Arslanın Qətibəni Təbrizə köçürüb Təbriz saraylarında yerləşdirməsinə Həmədanda olan Azərbaycan qoşunu və qoşunun sərkərdələri Fəxrəddin və Seyid Əlaəddin müsbət nəzərlə baxmayır. Onlar Toğrulu Savə şəhərindən Həmədana çağırıb öz taxtına əyləşdirmək istəyirlər.

13 dəq

Başqa şairlərin şeirləri · Satira