“Novator”un nitqi
Çoxdandır köhnələrlə oturmuram, durmuram,Mənə özümə bənzər dost gərək, qardaş gərək.Şerimi nadanlardan, yadlardan qorumaqçünMənə ürəyi yanan havadar, sirdaş gərək.
Qışa bahar deyirəm, bahara qış deyirəm,Yağışa qar deyirəm, qara yağış deyirəm.Quşa milçək deyirəm, milçəyə quş deyirəm.Novatorun hər sözü baş-ayaq, çaşbaş gərək.
Ovcumun içindəki nədir görməyənlərlə,Fəlsəfi sualıma cavab verməyənlərləNadir kəlləmə layiq çələng hörməyənlərləBu sənət meydanında sülh deyil, savaş gərək.
Yazmaqdan gecə-gündüz qabar olubdur əlim,Məni min ildən sonra anlayacaqdır elim.Bir deyil, yüz şəhərdə yüksələcək heykəlim –Ya mərmərdən, ya tuncdan, olmayacaq daş – gərək.
Yerişim, tərpənişim, beynim, düşüncəm yeni,Qoy bütün bəşəriyyət belə tanısın məniKütbaşlar deməsin ki, başa düşmürük səniMəni başa düşməyə başım kimi baş gərək!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-novator-un-nitqi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən təbrizli analara bələdəm,Fəxrimdir bu əziz, qoçaq analar.
DurnaÜç pərdəli musiqili komediya*İştirak edənlər
Birinci pərdəDağ ətəyi. Çay kolluqları görünür. Bir ağac altında çayxana. Bir tərəfdə qapan var. Qızlar səbətlərdə çay yarpaqları gətirib təhvil verirlər. Durna gəlir. Uzaqdan gələn aşıq Muradın səsinə qulaq asır.*Durna**
İkinci pərdəKərim kişinin evi. Pəncərələrdən bağça görünür. Durna otağı səliqəyə salır, gülləri güldanlara qoyur.*Durna**