Səndə yox
Boşboğazlara
Dostuna qəlbində hörmət, məndə vardır, səndə yox,Düşmənə dəryaca nifrət, məndə vardır, səndə yox.
Sən deyirsən ki, vətən, millət mənəm, əhsən mənə!Bu çətin yolda cəsarət məndə vardır, səndə yox.
Əsrimizdə doğruluq, düzlük kimi sərvət hanı?Gör nə xoşbəxtəm, bu sərvət məndə vardır, səndə yox.
Pozmadım ömrüm boyu, dar gündə də öz andımı,Andına möhkəm sədaqət məndə vardır, səndə yox.
Mən Süleyman Rüstəməm, qarşımda cövlan etmə gəl,Bərk ayaqda, çünki qeyrət məndə vardır, səndə yox!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-sende-yox
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ana! Köçdünsə də, öpüşlərininYeri xatirətək üzümdə qaldı.
Ağ günlü nəvəmsənNəvəm Azadəyə*Azadə! Gözəllər gözəlindən də gözəlsən!
İşıqDar qəbirdən fərqi nədir, deyin zülmət bir zindanın?!Arazın o tayındakı mənə doğma bir məkanın
SaxlarsanFikrət Qocaya*Gözəl şeirlərini öz adında saxlarsan,