Bir paltar geymisən başa düşmürəm,Astarı hansıdır, üzü hansıdır.Özün də bilmirsən, danışdığınınƏyrisi hansıdır, düzü hansıdır.

Özün öz başına açmısan oyun,Qırxmaq istəyirsən yumurtadan yun.Bir adam çəkmisən bilinmir onunQulağı hansıdır, gözü hansıdır.

Mən belə sənətə əzəldən yadam,Adama oxşamır çəkdiyin adam.Söylə o adamın, yalançı rəssamBaldırı hansıdır, dizi hansıdır?

Demə dühasıyam yer kürəsinin,Dəyməz bir quruşa varlığın sənin.Çünki anlamırsan el süfrəsininŞəkəri hansıdır, duzu hansıdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira