Xəzərdə
Yelkən kimi ağardıqca qağayılar göy sulardaDalğalara təmas edir xəyalımın qanadları.Şıltaq Xəzər sevincindən coşa gəlir ilk bahardaŞahə qalxan dalğalardır yəhərlənmiş ağ atları.
Bu ağ atlar öz belindən qayıqları çırpır suya,Buraxmayır qayıqçılar dalğaların cilovunu.Bu amansız vuruşlarda zərrə xətər yoxmuş guya,Sağ-salamat vurur başa balıqçılar öz ovunu.
Körpəlikdən bu sahilə bağlamışam ürəyimi,Ürəyimdə bu sahildən canlı, əziz xatirəm var.Səhər, axşam Xəzərin göy sularına şair kimiQələmlə yox, qanadıyla şeir yazır qağayılar!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-xezerde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
“Mən cahan mülkündə mütləq doğru halət görmədim,*Hər nə gördüm əyri gördüm, özgə babət görmədim”.*
Nəvəm AzadəyəGöz açdın həyata – açıldı baxtım,Dünyaya babalar gözüylə baxdım.
Qarabağ mahnısıSən mənim doğru görən göz bəbəyimsən, Qarabağ,Öz canımsan, ciyərimsən, ürəyimsən, Qarabağ.
Nəvəmlə söhbətQız nəvəmdən heç olmaz,Azadəmdən heç olmaz.