Görürəm
“Mən cahan mülkündə mütləq doğru halət görmədim,Hər nə gördüm əyri gördüm, özgə babət görmədim”.M.P.Vaqif
Seyr edib mən bu vətən mülkünü cənnət görürəm,Çevrilib mahnıya dillərdə həqiqət – görürəm.Yaxşı ölkəmdə bu gün yaxşı əlamətlər var,Doğrulardan çəkinən oğruları pərt görürəm.Qəhrəmanlıqla, zəfərlərlə keçir hər günümüz,Vətən oğlunda, qızında belə qeyrət görürəm.Can deyib, can eşidir bir-birinə ellərimiz,Uzun illər nə küdurət, nə ədavət görürəm.Harda olsam, hara getsəm, elə xoşbəxtəm ki...Qardaş ellərdə əziz xalqıma hörmət görürəm.Dolaşıb əldə qələm doğma vətən torpağını,Yerin üstündə də, altında da sərvət görürəm.Açılır lalə kimi mən hara baxsam – ürəyim,Bu yer oğlunda yerə yercə məhəbbət görürəm.Yenə güllərlə, çiçəklərlə bəzənmiş Qarabağ,Mən könüllərdə, ürəklərdə səadət görürəm.Başqa dövrandır, a Vaqif, bu gözəl dövranımız,Seyr edib yurdumu hər yerdə ədalət görürəm,Mən Süleyman gələrək ilhama pərvazlanıram...
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-gorurem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Azərbaycan xalqının mübariz, müdrik oğullarından biri də şöhrəti vətən hüdudunu aşmış Səmədağa Ağamalıoğludur. Xalq, vətən qarşısında bu yorulmaq bilməyən inqilabçının, mütəfəkkirin xidmətləri çoxdur.Ağamalıoğlu bir sıra mühüm, məsul, rəhbər vəzifələrdə işlərkən həmişə xalq arasında olmuş və onunla bir nəfəs almışdır.
Cəlil MəmmədquluzadəAzərbaycan ədəbiyyatında çox sevdiyim şəxsiyyətlərdən biri də unudulmaz Cəlil Məmmədquluzadədir.Mən gənclik illərindən onun əsərlərini maraqla izləyir və böyük məhəbbətlə oxuyurdum. Ədibimiz əsərlərində xalqımızın keçmiş dövrdəki yaralarını bir cərrah əliylə yoxlayır və onun sağalmasına yollar axtarırdı. Azərbaycan xalqı azadlığa çıxdıqdan sonra Molla Nəsrəddinimizin artıq öz satira silahını inqilabın fütuhatına əngəl törədənlərə, yeni cəmiyyətin düşmənlərinə, millətin gözündən dini mövhumat pərdəsi asmaq istəyən ruhanilərə qarşı çevirdi. Mən Cəlil Məmmədquluzadə ilə Nərimanov adına Sənaye Texnikumunda oxuyarkən yazdığım kiçik xəbərləri “Molla Nəsrəddin” məcmuəsinə apardığım zaman tanış oldum. Sonralar onu tez-tez görürdüm. Mən o zaman “Azərbaycan gənc qələmlər ittifaqı”nda çalışırdım. Onu mədəniyyətimizlə, ədəbiyyatımızla əlaqədar təşkilatlarda tez-tez görərdim. 1928-ci ildə türk işçi-kəndli teatrında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri tamaşaya qoyulmuşdu. Mən öz daimi biletimlə səhnə ilə üzbəüz lojada oturmuşdum. Cəlil Məmmədquluzadə öz həyat yoldaşı Həmidə xanımla birlikdə həmin lojada idi. Tamaşada respublikamızın istedadlı artistləri iştirak edirdi. Onu da deyim ki, o zaman artistlərimiz səhnədən müəlliflərin əvəzinə özlərindən əlavə sözlər uydurub söyləməkdən çəkinmirdilər. Tamaşa əsnasında üç oğul ana ilə bacılarını ərə vermək haqqında söhbət edirdi. Türkiyədə təhsil almış oğlunun rolunu ifa edən Kazım Ziya anasına belə dedi:
Xəyalımda Mirzə Fətəli canlandıVətən müharibəsi illərində ordu sıralarında İran Azərbaycanında olduğum zaman gördüklərimi, eşitdiklərimi qələmə alsam böyük bir kitab olar. Əlbəttə, yaxın zamanda oxucularım belə bir kitabı görə biləcəklər.İran Azərbaycanında üç ədibin adı dillərdən düşmürdü. Biri Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin), biri Mirzə Fətəli Axundov, biri Mirzə Ələkbər Sabir idi.
Əzim ƏzimzadəƏzim Əzimzadə təsviri incəsənətin yüksək zirvələrində özünə əbədi yer tutmuş qüdrətli, sözün əsl mənasında xalq rəssamıdır.Böyük rəssamın şöhrəti bütün varlığı ilə xalqa, vətənə bağlılığından, onlara böyük istedadıyla xidmət etməsindən irəli gəlmişdir.