İsmayıl bəy Qutqaşınlıya

Bu əhldən mehribanlıq görəmdim,Məgər bizə ola o yandan mədəd.Qutqaşın tərlanı, Şəki şohbazı,Sakini-biladi-Şirvandan mədəd.

Qarabağ əşxası yeksər yağıdır,Əvvəldən axıra zülm ocağıdır;Bir gecədə canavarlar dağıdırOlmasa kəlləyə çobandan mədəd.

Nücəbalar qədrin bilir nücəba,Əxlaqına, ətvarına mərhəba!Daş-daş üstə durmaz aləmdə əsla –Dəyməsə insana insandan mədəd.

Fəzayi-mənətdə qalmışam möhtac,Uşaqlarım olub vətəndən ixrac;Təbibi-haziqsən, eylə bir əlac,Yoxdur mənə özgə dormandan mədəd.

Yığılsa bir yerə yüz alinəsəb,Danışığın mənat, sözün müntəxəb;Aləm bilir bivasitə, bisəbəbMüşküldür arizə divandan mədəd.

Hozrəti İsmail olsun dəlilin,Yetiş imdadına piri-əlilin;Necə fərzəndinə ol dəm XəlilinCəbrail gətirdi qurbandan mədəd.

Əsasi-qiyamət olanda bərpa,Kimdir ğövrə yetən ondan masiva;Sərdəftəri-rəsul, Xətmi-ƏnbiyaTənzili-ayeyi-Qurandan mədəd.

Çərxi-fələk salmış məni bu halə,Malü mülküm tamam getdi zəvalə;Qaidədir şərməndeyi-əyaləYetişir sahibi-ehsandan mədəd.

Gəlməyib mütləqa ruyi-zəminəTab edən mənim tək qəza qəminə;Zövrəqi-əltafın dili-həzinə,Gümanım var, verə tufandan mədəd.

Namərd ətəyindən tutasan yüz il,Etibar yoxdur həll ola müşkül;Olsa, olacaqdır dərdinə, ey dil!Xələfi-Nəsrullah Sultandan mədəd.

Zakirəm həmişə sən tək sərvərə,Xoş göstərsin səni xaliq nəzərə;Eyb etməz alişan üməralərəİstəmək duayi-pirandan mədəd

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira