Bilməsəydi
Dövran edərdi dövrün, rəftar bilməsəydi,Gündə günah edərdim, qəhhar bilməsəydi.
Hər nə desəydi Zina, mən səbr edib dözərdim,Dünya adamlarından lap ülfəti üzərdim,Zinanı sinəm üstə, vallah, qoyub gəzərdim,Amma məni o zalım mındar bilməsəydi.
Hər nə desə, onunçün dərhal mən alardım,Versə riza, yanında məskən salıb qalardım;Lap küçədə gəzəndə qol boynuna salardım,Lakin məni bu məxluq dindar bilməsəydi.
Pul qurtarınca dərhal mən oğurluq edərdim,Gündə adam soyardım, xalqın ətin didərdim.Çox işlərin dalınca mən xəlvəti gedərdim,Amma Babada”Şəbrəng Əyyar” bilməsəydi.
Dini-zadı atardım, tək Zinanı tutardım,Ondan ötrü həyatı, namusu da atardım,Vallah ki, pul qurtarsa, lap börkümü satardım,Amma məni xəlayiq biar bilməsəydi.
Bilməm nə var bu xalqa daim edir məzəmmət,Illah ki, bu qəzetçi bilmir həyavü hörmət,Lap cini aldadardım, düşsə əlimə xəlvət.Təzəpirin yanında cindar bilməsəydi.Daim oruc yeyərdim bir gizli restoranda,Xalqa tutun deyərdim, vardır oruc, Quranda.Lakin oruc yamandır, derdim urus soranda,“Babi-Əmirdə” Əyyar – qəddar bilməsəydi.
Mümkün deyildir hərgiz bu arzular, ey dil,Varkən Baba, bu işlər müşküldü, xeyli müşkülXalqı soyub, puliylə Həccə gedirdim, hər ilƏhli-behişt olardım, gər nar bilməsəydi.
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-bilmeseydi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ay Baba! Hər yerdə sənin əyyarların xəbər yazıb göndərirlər. Bircə dağlarqalmışdır. Onlardan heç kəs bir xəbər bilməyor. Çünki dağlılar öylə cəngavər
Böhtan yazılıbdırBu söz, a Baba, bizlərə çoxdan yazılıbdır,Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.
GörməkdəyəmMilləti-məhzunu binitqü nida görməkdəyəm,Mübtəladır cəhlə, dərdin bidəva görməkdəyəm.
KontorçularımızAman, kantorçularımız, dad sizdən,Bizi zar eylədiz, fəryad sizdən!
Başqa şairlərin şeirləri · Vətən
Gözün aydın, ey müzəffər xalqımın oğlu, qızı!Gözün aydın, doğdu artıq şanlı zəfər ulduzu!
Bu millətin dərdi-səriNəhrləri döndər belə haqqa sarı,Haqq qapısın açmır, atam, haqq açarı.
VarÜrəyimiz çiçəklənir,Elin əcəb cəlalı var.
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.