Görüm olsun o qamışlar sənə peykan, a səbət!Verməyirsən mənə göz açmağa imkan, a səbət!

Çəkirəm hərdən on-on beş gün azından zəhmət,Yeddi-səkkiz kitaba baxhabax, eylə diqqət,Hər kitabdan alıram bir-iki söz, bir söhbət,Yazıram, göndərirəm şeir, alım bir şöhrət.Yazdığımdan oluram sonra peşiman, a səbət!Hamı yazdıqlarım olmuş sənə mehman, a səbət!

Şerimin çox sözü farsi, ərəbidir, rusi;Türki azdır var isə, ancaq ol da məxsusi;Deyirəm şerimə həsrət qalacaq Firdovsi,Çün səşənbə toxunur çeşmimə posta qutusu,Sustalır əldə qələm, qəlbim olur qan, a səbət!Kim məni etdi səninlə belə üdvan, a səbət!

Bilmirəm mən nə yazım bəlkə bəyənsin bu müdir,Nə ki zəhmət çəkirəm hamısı bibəhrə gedir.Şerim axır səbətin lap dibinə seyr edir,Vallah, bir dəfə sənin belinə sallam kəndir,Ataram təndirə, sonra deyərəm yan, a səbət!Necə ki, etmiş idin sən məni büryan, a səbət!

Adını harda eşitsə, saralır şairlər,Nə ki şeir oğruları, bəlkə böyük mahirlər.Mən bilən səndə yatıb çox yekəbaş mayirlər,Tapdılar, bilmirəm, hardan səni bu kafirlər?Səni icad eyləyən xanəsi viran, a səbət!Görüm olsun baş-ayaq vasili-niran, a səbət!

Daha sən təngə yetirdin bizi, ey bivicdan,Hər nə yazdım “rabatay” hamı səbət oldu, dayan;Nadürüstlük malısan, bizlərə vermirsən aman,Nə bəlayi-bəd olubsan, bizə, rədd ol burdan!Vallah, çernil qurudu, sındı qələmdan, a səbət!Qənim olsun sənə ol xaliqi-sübhan, a səbət!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Salam

Məhəmmədzadə Mirzəbala qardaşıma töhfəAmal quşu Şərqə doğru uçarkən,

1 dəq
Yada düşdü

Gördüm üzünü, bağçada laləm yada düşdü;Əmdim dodağın bal kimi, ağzım dada düşdü.

1 dəq
Yaşamaq

Gözümdə büsbütün aləm məzara bənzərkən,Uçar qaranlıq üfüqlərdə bir qanadlı ziya.

2 dəq
Əvvəlinci məclis

Vaqe olur Həmzənin evində. Döşənmiş otaq. Divarda bir xəncər, o biri divara bir tapança asılmış. Bir stul və bir kürsünün üstündə 2 kitab, kağız, qələm və mürəkkəb vardır. Stul üstündə Səriyyə oturub qəzet oxuyur. Bir qədərdən sonra məhzun bir halda qəzeti qoyub kitabın arasından bir şəkil götürüb deyir:S ə r i y y ə . Ah, Rüstəm! Ah! Ey məhəbbətilə pərişan olduğum! Nə üçün məni yaddan çıxartdın? Nə üçün mənim halımdan xəbərdar olmaq istəmirsən? Nə üçün öz sevgilini zalımlar əlində qoyub xilas etmirsən? Biz ki, bir-birilə əhd bağlamışdıq ölənəcən bir-birindən ayrılmayaq. Hər cür əziyyətə, məşəqqətə, hətta ölümə də razı olub əhdimizdən dönməyək. Bəs nə üçün sən əhdinə vəfa edib məni buradan azad etmirsən? Yox, Rüstəm, sən bivəfa deyilsən! Amma mümkün olmadığını mən də bilirəm. Nə çarə edəsən? Sən bir tək, amma bu zalımlar bihədd. Ah, Rüstəm, ürəyim çatlayır! Taqətim kəsilir! Səni görmək istəyirəm. Fəraqi-yardan mən zarü giryan olmuşam, ya rəb! Cəfavü zülmi-zalımdan pərişan olmuşam, ya rəb! Günüm zülmət tək tarik səhrayi-məhəbbətdə… Cidayi-şəmsü mahü çeşmü müjgan olmuşam, ya rəb!

11 dəq

Başqa şairlərin şeirləri · Satira