İsmayıl bəy Qutqaşınlıya

Səni aləmdə, ey arami-can, hər kim zəlil istərAnı zillətdə bu qəmdar könlüm ayü il istər.

Şərabi-cami-bəzmi-iltifatın nuş edən bir gəzNə Kövsər arizu eylər, nə abi-Səlsəbil istər.

Deyil asan qürbi-padişahi-əsrə yol bulmaq,Sifati-nikü ətvari-xoşü xülqi-cəmil istər.

Məni qovğayi-şəhri-bəhri-Baku təlxkam etməz,Nədən kim, aşiqi-şeyda olan kəs qalü qil istər.

Kəmalə yetmək olmaz, bisəyahət, haliya könlüm.Təməşayi-biladi-Misrü seyri-rudi-Nil istər.

Mənə dərlər ki, sən “peyğəmbərəm” dərdin, nə işdir bu?Deməzlər mərdi-mömin möhnətə əcri-cəzil istər.

Cəfayi-dəhrdən azürdəlik eyni həmaqətdir,Bəlanı xoş tutar İdrisü Əyyubü Xəlil istər.

Mənəm varis bu gün Yaqubə, fərzəndi-əzizimdənGələr buyi-fərəh gəh-gəh, əgər rəbbi-cəlil istər.

Məni-pirü süxəndanın nədir cürmü, xudavəndə!Üqubətdə o bişərmü cəfakarü mühil istər.

Tapılmaz böylə bir bədhal zalim hiç millətdə,Yığılsa bir yerə Əndi, Qumuq, Axtı, Rotil istər.

Məsəldir ki, xəta bir beylə adəmdən iraq olmaz,Bu bir əmri-müşəxxəsdir, nə vəhyi-Cəbrəil istər.

Qarabağ içrə ağ gün görmədim, mən tirəbəxt oldum,Anınçın xatirim ol qövmi-birəhmi qətil istər.

Şəriri-biqərəz olmaq təqazayi-təbiətdir,İnanma bir kəsi xoşnud aləmdə boxil istər.

Bizim mədümləri, zinhar, pənd ovsari bənd etməz,Oların, naqcyi-qalmıq kimi, burnu qəzil istər.

Edər yadi-gülüstani-vətən ğürbətdə dil mürğü,Qəfəs qeydindən azad olmağa daim dəlil istər.

Nəhayət şərhi-hal etmək yetən namərdə müşküldür,Sənin tək bir əmiri-pakzadü baədil istər.

Təvəkkül əhliyəm mütləq, yapışmam xarü xaşakə,Füsürdə cismim olsun saliha qərq abi-seyl istər.

Səxavət, ya vəsatət zat iləndir, mərdi-biəslə,Muradı hasil olmaz yüz düşə bir kəs dəxil istər.

Nihali-məqsədi sərsəbz olub əflakə yetməzmiO kəslər ki, rizayi-xatiri-piri-əlil istər?

Süxən meydanı, qibləm, təng idi, söz müxtəsər keçdi,Sənin övsafını nəzm etməyə bəhri-təvil istər.

Yetən tək şəhrə hacı bəndəyə bir təxt boxş etdi,Bilir ki, bazdəsti olsa hər qanda tüfil istər.

O yerdən azimi-Tiflis çoxdur, yaz ki, MirzayəFilani, bir döpü pərvərdə səndən zəncəbil istər.

Əgərçi var Dağıstani kürkü Zakirin, əmmaCənabından dəxi bir sarı kürki-Ərdəbil istər.

Deyildi sabiqən əhli-təvəqqə, şimdi BakudəƏlaci-kəsrəti-sərma üçün çizi-qəlil istər.

Dağılmış xanimanı, incimin əxzü sualından,Tikəndə quş yuva çör-çöp yığıban zir-zibil istər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira