Dost yolu bağlandı, ümid kəsildiQasidin dəmbədəm kitabətindən.Çərxi-sitəmgərin, dövri-zalımınÖlüb qurtarmadıq ədavətindən.

O mehrabü minbər qaşlara mailOlmayanın olmaz imanı kamil;Yüz il başın yerə döyə, nə hasil,Zahidin bihudə ibadətindən.

Saxladığım bəsdi canı bədəndə,Bundan artıq yoxdu təvanə məndə.Sizi tarı, deyin yara düşəndə,Məgər əl götürüb əmanətindən?

Nə xoşdur cananə canı yetirmək,Doyunca nəzarə eyləyib ölmək.Aşiqə məşuqun didarın görməkZiyadədi Kəbə ziyarətindən.

Qoyubdu Zakiri qəm məkanında,İntizar gözündə, qüssə canında;Gözəllər içində, xublar yanındaÜzə çıxa bilməz xəcalətindən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq