Qəddü rəftarı ol şuxun ki, könlüm mübtəlasıdır,Anun hər işvəsi guya bir əhli-dil bəlasıdır.

Bəni-adəmdə can qalmaz, yıxıb sərxoş yeridikcə,Demə fərzəndi-Adəm kim, bu Tanrının qəzasıdır.

Günəş qəndili rövşəndir cəmalın şəm’dən, cana,Səvadül-vəchi-fiddareyi iki zülfün qərasıdır.Xərabət əhli hər xanda ki, cami-eşq içkaylar,Mənim bu xirqeyi-pəşminin ol bəzmin pəlasıdır.

Rəqiba, Kişvərini asitani-yaridən hər dəm,Nə qadirsən kim, ol miskin bu dərgahın gədasıdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq