Canan, nə etmişəm, belə biganəyəm sənə?
Canan, nə etmişəm, belə biganəyəm sənə?Məcnun olan da mən evi viranəyəm sənə!
Yüzlərlə nazlı yar ola, könlüm səninlədir,Olsan nə yerdə, mən yenə həmxanəyəm sənə.
Canan da böylə cövr edər öz mübtəlasına?Sən zülmkarsan, demə, cananəyəm sənə.
Şövqi-ləbinlə eyləyəli badə tərkini,Sərməst gözlərin kimi məstanəyəm sənə.
Ancaq kəməndi-eşqə giriftar olan bilir,Zülfün qəmində mən necə divanəyəm sənə!
Göstərmə gül cəmalını, yandırma könlümü,Qoy bilməsinlər, eşqdə pərvanəyəm sənə.
Eşq aləmində mən də sədaqətli Vahidəm,Hər bir işimdə doğru və mərdanəyəm sənə.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-canan-ne-etmisem-bele-biganeyem-sene
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yaradıb tanrı, əzizim, nə gözəl yar səni!Gözlə, bu hüsn ilə aldatmasın əğyar səni!
Qəm çəkmə, ey könül, yenə canan sevir səniQəm çəkmə, ey könül, yenə canan sevir səni,Dərdindən öldüyün güli-xəndan sevir səni.
Yarım tökəndə gül üzə zülfi-siyahiniYarım tökəndə gül üzə zülfi-siyahini,Sandım ki, gizlədib fələk əbr içrə mahini.
Çəkmək istər mən kimi hər kimsə canan fikriniÇəkmək istər mən kimi hər kimsə canan fikrini,Öz canından əl götürsün, etməsin can fikrini!
Başqa şairlərin şeirləri · Eşq
Gəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Kimdə varEy fələk sənin əlindən bu sitarə kimdə var,Mənim təki sinə dağlı, bəxti qarə kim də var.
Gülşəni-raz, fəsil 53رخ اینجا مظهر حسن خدایی استمراد از خط جناب کبریایی است