Məqsəd nədir
İrzaxan, anlat, sükutundan nədir son məqsədin?Aç nəhayət kartını, göstər bizə “nəqş”in, “bəd”in.Dörd yanında söylə bir Iranda “ali həzrətin”“Xəlvəti min tor qurulmaqdan” görüm məqsəd nədir?
Biz yorulduq söyləməkdən, sən “sükut”dan doymadın.“Saxladın quyruqda” “gön qaldı”, dayandın, “soymadın”.Gər özün “zahir” özünçün “şah” deyə ad qoymadın,Gizli bu “vişlər burulmaqdan” görüm məqsəd nədir?
“Şah” deyə dünyalara car çəkdi “dostun” Avropa.Səs salıb Iranda da min mürtəce ağbaş supa.Sən əgər razı deyilsən “toy” ola, həşrin qopa,Bəs bu “dəf-dunbul” vurulmaqdan görüm məqsəd nədir?
“Yaxşılıq” umduq, “yamanlıq” səndən etdik iddia,Fal dedin, açdıq, noxud saydıq, nə istərsən daha?Hər şeyin var bundamı hər işdə var bir intiha;Istəyirsən söyləyək “mocib sükutəş bər rza”,Yoxsa bu “dinməz” durulmaqdan görüm məqsəd nədir?Zurna var, dunbul desən var, yoxdur ancaq bir “dəm”in,Məqsədin şahlıqsa, qıncınma, nə lazım “çəm-xəm”in.Hər tərəfdə bir “açar” beynində bir çox “sərsəm”inĞırmağunvari “qorulmaqdan” görüm məqsəd nədir?
Millətə elani-hərb etməkmi fikrin ya deyil?Söylə! “Millət! Iş budur istərsən ağla ya da gül!Bir görək manqalda bir “şey” vardır; oddur, ya da kül,Gah kül olmaq, gah qor olmaqdan görüm məqsəd nədir?
Yoxsa fikrindir götürmək “oğru Nadir”dən hesab?Gün keçib, dövran dəyişmiş, yaxşı bax, alicənab!Görməyirsən partlayır hər ölkədə bir inqilab?Ya həqiqətçin kor olmaqdan görüm məqsəd nədir?
Nabələd zad da deyilsən, şükrilillah “ali”sən,Türkiyə, Çin, Şam, Mərakeş, hər xəbərdən halisən.Hər “nə” olsan ol, “minəmməzsən” daha hammalı sən,Boş çalışmaqdan, yorulmaqdan görüm məqsəd nədir?
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-meqsed-nedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xeybəri ufaq bir kənddir. Bu kənd, yalnız sıldırım qayalıqda bulunmasıilə mühitindəki adi kəndlərdən ayrılır.
Qara QənbərQara Qənbər böyük adam idi, özü də Şura işçisi idi. Hökumət “trestlərinin” birisində böyük qulluq sahibi idi. Bunun keçmişini az adam tanıyırdı. Amma bu özünü Şura anketlərində “fələ sinfinə mənsubam” yazırdı. Qara Qənbər öz qulluğundan çox razı idi, geniş, işıqlı kabinedə əyləşərdi. Qarabağın gön mahut çəkilmiş stul, stolun üstündə bir neçə cür telefon, yanında qapıçı, qapıda avtomobil, ya fayton həmişə bəkləyordu. Çaldığı zəngə qapıçı tez gəlirdi, guya yerdən çıxırdı.Böylə şeylər əvvəldən Qara Qənbərin kefini açardı: gah telefonu əlinə alıb onunla-bununla çox-çox qonuşardı. Gah zəngi basıb qapıçıya əmr verərdi, gah meşin portfeli qoltuğuna alıb, avtomobilə minərdi ki, görsün küçədə tanışlardan kimə rast gələr.
GülzarBu gecə bütün kənd sevinirdi. Qızlar, gəlinlər, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi... Uşaqların bağırtısı, qızların, gəlinlərin çalğısı, yastı balabanların ən kobud ürəkləri oxşayan həzin iniltisi bir-birinə qarışıb, ümumi bir ahəng yaratmış və hər kəs bu şən gurultunun sonsuz sevinclərinə dalıb getmişdi.Bəli, bu gecə hər kəs sevinir, həm də onun səadətinə sevinirdi.
DilarəGünəşin son vərəmli tellərinin duydurduğu iyrənc bir sükut içində ana ağlayır, ata ağlayır, zavallı qızcığaz da, bu fəlakətə səbəb olmuş kimi, qorxudan qımıldanmayıb, yavaşdan için-için ağlayırdı.Səadət şərbətini tapıb içərkən, qədəhi salıb qırmaq, xoşbəxtlik yolunu tapıb, tam məqsədə çatarkən bir fəlakətə uğrayıb, məhv olmaq nə qədər acı olsa da, adi bir şey deyilmidir?
Başqa şairlərin şeirləri · Satira
Əsər var ki, bilmirsən nə ad verəsən ona,Oxumaq mümkün deyil, min yol varaqlasan da.
“Üxüvvət” məktəbiNə oldu, Şirvan əhli bəs –Mədrəseyi – “Üxüvvət”in?
Şuradan əlim çıxdı...Şuradan əlim çıxdı, lap oldum evi bərbad,Faş etdi bütün sirrimi mürtəd qızı arvad.
Bizim arvadEvdən çölə çıxmazdı əzəldən bizim arvad,Şura gələli çıxmış əməldən, bizim arvad.