Bizim arvad
Evdən çölə çıxmazdı əzəldən bizim arvad,Şura gələli çıxmış əməldən, bizim arvad.
Söyseydim əgər min kərə çıxmazdı sözümdən,Əzseydim əgər başını qaçmazdı gözümdən,Baxmaz sözümə lap çıxaram həşri özümdən,Qoymaz bu həyasızlığın əldən, bizim arvad,Şura gələli çıxmış əməldən, bizim arvad.
Zalım qızının fikri savet, zikri jenotdel,Yoldaşı kitab, yarı kağız, həmdəmi çernil,Yazmaq, oxumaq, məktəb olub hər işi vel-vel,Öyrəndi bunu hansı dəcəldən, bizim arvad,Şura gələli çıxmış əməldən, bizim arvad.
Naqis qızı imanın atıb etməyir insaf,Söylər aparıb zəhləmi bu zəhrli çarşaf,Bilməm bunu yoldan çıxarıb hansı bir əclafAllah tanımaz, qorxmaz əcəldən, bizim arvad,Şura gələli çıxmış əməldən, bizim arvad.
Saqqala həna qoymaq idi pişəsi əvvəl,Çernil yerinə əldə gülab şişəsi əvvəl,Daim mən idim söhbəti, əndişəsi əvvəl,Bir mö’min idi həp bu misildən, bizim arvad,Şura gələli azmış əməldən, bizim arvad.
Hansı kişi namusunu, vicdanını satmış,Məktəbdə çıxıb nitq eləsin bu başı batmış?
Namusu yeyib, arını arvad dala atmış,İman evini yıxdı təməldən, bizim arvad,Şura gələli çıxmış əməldən, bizim arvad.
Biğeyrət işə razı olar hansı müsəlman,Saat ikidə arvadı gəlsin teatrdan,Mən evdə yatım, eyləsin o, şəhrdə cövlan,Xof eyləməsin dinə xələldən, bizim arvad?Şura gələli çıxmış əməldən, bizim arvad.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-bizim-arvad
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Öz vəhşiliyi ilə tanınan Andranik paşanın nümayəndələri bir neçə gündü ki, yerli ermənilərdən könüllü yığmaq üçün Təbrizə gəlmişdi. Safraziyan və onun kürəkəni Hayk Təbrizdəki daşnakların iclasını çağırıb onlarla razılaşmışdı. Onlar artıq öz xəyanətlərinə başlamış və erməni yoxsullarını bu «müqəddəsə yola dəvət etmişdi. Könüllü yazılanlar və daşnak partiyasının tələsinə düşənlər çox idi. Neçə gündü ki, çar hökumətinin yaratdığı uçurumlara düşmək istəyən və kor-koranə könüllü yazılan erməni gəncləri, daşnak çşairələri və daşnak cbəstəkarəları tərəfindən bəstələnmiş milli şərqiləri oxuya-oxuya Təbriz küçələrini dolaşırdı.Bu vəziyyət Təbriz müsəlmanları və xüsusilə müsəlman millətçiləri içərisində çox fəna təsir bağışlamışdı. Təbrizdəki çar konsulxanası isə bundan xeyli məmnun idi.
Təzə xəyanətlərDünən səhərdən evdən çıxıb gecə saat birdə evə qayıtmışdım. İclas yerlərinin uzaqda olması bəzən iclasdan sonra evə qayıtmağıma da imkan vermirdi. Buna görə də Nina və Məşədi Kazım ağa mənim haqqımda şübhələnir və vaxtımı ziyafətlərdə keçirdiyimi düşünür, hətta xasiyyətimin dəyişdiyi barəsində də dalda danışırdılar.Bəzən mən səhərlər Nina ilə danışmadan və onun ehtiyaclarını soruşmazdan əvvəl çıxıb gedirdim. Nəhayət, bu gün onlar mənim dalımca danışdıqları sözləri özümə deməyə qərar vermişlərdi. Onlar mənim yenə də tezdən gedəcəyimi zənn etdiklərindən hamıdan qabaq yuxudan qalxıb qarovulumu çəkirdilər. Mən tezdən yuxudan qalxmışdım, Hüseynəli əminin arvadı Səriyyə xala samovarı qaynadib gətirmişdi. Mən Ələkbər yoldaşı oyatmaq üçün dəhlizə çıxıb, onun qapısını döymək istərkən Məşədi Kazım ağanı dəhlizdə gördüm. O məni gördüyü zaman qabaqca adəti üzrə dişləri görünməyəcək halda güldü və salamını vermədən soruşdu:
Süruri-xəlvət Hüseynqulu xanAxşam saat səkkiz idi. Bu gecə Rəşidülmülk öz «sevgilisi» Hüseynqulu xan Süruri-xəlvət ilə evə hər gecəkindən tez gəlmişdi. Buna görə də Mahru xanım şübhələnir və bunun səbəbini öyrənməyə çalışırdı. O adəti üzrə Rəşidülmülklə öz otağının arasında olan dəhlizə keçərək onların danışıqlarını eşitməyə başladı.Süruri-xəlvət Rəşidülmülkün yazı stolundan kənarda durub onun yaxınına getmək istəmirdi. Rəşidülmülk isə bir neçə kərə:
İmam təziyəsiTəbrizdə məşhur adətlərdən birisi də evlərdə İmam Hüseyn təziyəsi saxlamaqdan ibarətdir. Lakin bu adət müəyyən adamlar tərəfindən müəyyən məqsədlə davam etdirilir. Məsələn, birisi təzə imarət tikdirmişsə, imarətini göstərmək üçün evində İmam təziyəsi saxlar. Başqaları evindəki zənginliyi nişan vermək məqsədi ilə camaatı İmam təziyəsi bəhanəsi ilə evinə yığar.Məşədi Kazım ağa inqilabdan əvvəl az sərmayəli bir adam idi. İndi isə o, məşhur varlılardan birisi, milyon sahibi idi, milyonların məsələsini həll edirdi. O özünü nişan vermək üçün bundan da əlverişli bir vasitə tapa bilməzdi.
Başqa şairlərin şeirləri · Satira
Çox eybculuq etmə, məndən senə vəsiyyət,Sanma ki millətində bilmərrə yoxdu qeyrət.
Yumruq (3)(3)Qarı nəvəsi Cuqqulu dəllək dükanında
Məktub ("Molla dayı, etmə şərarət belə")Molla dayı, etmə şərarət belə,Ortalığa salma ləcacət belə!..
Quduz HitlerəEy faşist köpəyi, yırtıcı heyvan,Sənə xalq ordusu udduracaq qan!