Gözlənməyən nəticə
Öz vəhşiliyi ilə tanınan Andranik paşanın nümayəndələri bir neçə gündü ki, yerli ermənilərdən könüllü yığmaq üçün Təbrizə gəlmişdi. Safraziyan və onun kürəkəni Hayk Təbrizdəki daşnakların iclasını çağırıb onlarla razılaşmışdı. Onlar artıq öz xəyanətlərinə başlamış və erməni yoxsullarını bu «müqəddəsə yola dəvət etmişdi. Könüllü yazılanlar və daşnak partiyasının tələsinə düşənlər çox idi. Neçə gündü ki, çar hökumətinin yaratdığı uçurumlara düşmək istəyən və kor-koranə könüllü yazılan erməni gəncləri, daşnak çşairələri və daşnak cbəstəkarəları tərəfindən bəstələnmiş milli şərqiləri oxuya-oxuya Təbriz küçələrini dolaşırdı.
Bu vəziyyət Təbriz müsəlmanları və xüsusilə müsəlman millətçiləri içərisində çox fəna təsir bağışlamışdı. Təbrizdəki çar konsulxanası isə bundan xeyli məmnun idi.
Konsulxananın avtomaşını könüllü yığmaq üçün seçilmiş komisyonun ixtiyarına buraxılmışdı. Daşnaklar avtomobildə gəzir və küçələrdə milli şərqi oxuyan və ermənilərin milli duyğusunu coşduran dəstələri idarə edirdilər.
Daşnak partiyasına mənsub tacirlər, bir neçə də nüfuzsuz erməni ruhaniləri konsulxana ilə sıx əlaqə saxlayaraq, oradan gündəlik işlər üçün göstərişlər alırdı. Çar konsulxanasının bu təşəbbüsü köhnə Üçkilsə səltənətinin bərpası və erməni xalqının azadlığı boyası ilə bəzənib aralığa çıxdığına və qəhrəman Nersesin yolunu davam etdirdiyi iddialarına baxmayaraq, yerli ermənilər, hətta tacirlər və yoxsul ailələr də bu təşəbbüsdən razı deyildilər. Onlar ermənilərin bu xəyanətdə iştirak etməsinə qarşı açıq-açığına çıxmağı bacarmırdılar, çünki mauzerçilər bir qatil, bir Əzrail kimi gündə neçə kərə onların gözlərinə görünürdü.
Təbrizdə yaşayan minlərlə ailə, Andranik paşanın könüllü yazı!maq barəsindəki dəvətnaməsini bir ölüm xəbəri kimi qarşıladı. Lakin daşnak partiyası da öz növbəsində bu işləri hiss edərək, ətrafdan gələn daşnaklara əlavə olaraq bir para xuliqanları da silahlandırmışdı. Onlar bir çoxlarını tapança gücü ilə könüllü yığan komisyona gətirir və adını yazdırırdılar.
Biz bu hərəkətin qabağını almaq üçün erməni inqilabçılarının iclasını çağırmışdıq. İclasda erməni tacirlərinin və bu hərəkətə qoşulmayan erməni ruhanilərinin ümumi yığıncağını çağırmaq və onunla məsləhətləşməyi qərara almaq istərkən buna Arşak Surenyans etiraz edərək:
– Bu iş heç də fayda verməzi - dedi.
Mən:
– Nə üçün? - deyə soruşdum.
– Bizə inqilab illərindən aldığımız dərslər bir çox həqiqətləri göstərmişdir. Biz o zaman gördük ki, quru məsləhət inqilabı müdafiə edə bilmədi, məsləhəti həyata keçirmək üçün silah və güc də lazımdır. Biz beş nəfər taciri və ruhanini yığmaqla əlli ildən bəri terror və xəyanətlə məşğul olan daşnakların qarşısına çıxa bilərikmi?
Bu sözdən sonra mən Arşaka sual verdim:
– Arşak yoldaş, nə təklif edirsən?
– Mən təklif edirəm ki, əvvəlcə bu iclasda intibahnamə və erməni xalqına buraxılacaq müraciətnamə məsələsini tamamilə kənara ataq, çünki biz onunla daşnakları ayıq salarıq və qızışdıra bilərik. Onlar öz işlərini daha da möhkəm tutmağa çalışarlar.
– Bəs nə etmək? Oturub əlimizi əlimizin üstünə qoyub tamaşaçımı olaq?
– Yox, yoldaş! – dedi. – Biz heç vaxt tamaşaçı olmamışıq. Mənim dediyim odur ki, düşməni qəfildən yaxalayaq. Mən belə məsləhət görürəm: əvvəlcə bu işdə iştirak edən daşnakların və erməni xalqına terror gücü göstərənlərin siyahısını əldə edək və onlarla tək-tək və kütləvi surətdə mübarizə aparaq.
Mən Aşşakın fikrindən təzə ruh və təzə bir duyğu aldım və adətim üzrə:
– Erməni oğlu erməni! – dedim. – Sən daşnakların çar konsulxanası və İran valisi Hacı Səməd xan tərəfindən müdafiə olunduğunu bilirsənmi?
Arşak əlini şappıltı ilə çiynimə vurub:
– Qoy müdafiə eləsinlər, – dedi, – gündüzləri məmləkəti idarə etsinlər. gecələri isə hökumət bizim əlimizdədir. Bizim düzəltdiyimiz düvvə ilə yalnız Təbriz daşnakları yox, Andranik paşanın özü də bacara bilməz, çünki onlar bizi görmür, biz isə onları görürük. Bizdə silah da var, canlı qüvvə də var. Onlar yalnız beş-on nəfər xu- İiqana arxalanırlarsa, biz yalnız inqilaba sadiq olan erməni gənclərinə yox, bütün inqilabçılara arxalanırıq. Bizə gürcülər, müsəl— manlar, inqilabçı ruslar və başqaları da kömək edər. İndi de görüm, əziz yoldaş, mən dediyim yaxşıdır, yainki sizin müraciətnamələriniz və məsləhətləriniz?
Mən heç təxir etmədən və başqalarının fikrini gözləmədən çox cəsarətlə:
– Arşakın fikrinə şərik oluram, – dedim.
– İndisə mənə səlahiyyət verin. Necə ki, bilirəm elə də işə başlayım.
– Yox, yoldaş Arşak, öz planını düzəltməlisən, o plana görə də biz işə başlamalıyıq. Doğrusu, sən bir az baş aparansan.
Arşak bu təklifə razı oldu. İclas da bu qərarı qəbul etdi. Doğrudan da, daşnakların çar konsulu və Hacı Səməd xana arxalandıqlarına baxmayaraq, bizim sərəncamımızda olan qüvvə ilə mübarizə apara bilməzdilər. Əlimizdə bir orduya çatacaq qədər silah var idi. Təbriz inqilabı zamanında təcrübə görmüş, Səttar xandan dərs almış yüzlərlə igid və qəhrəman erməni gəncləri bizim cərgəmizdə idi. Onlar Təbrizdəki müsəlman gəncləri ilə bərabər, bu günə qədər öz silahlarını yerə qoymamışdılar.
Səttar xan dövründə birinci cərgədə vuruşan erməni inqilabçılarının hamısı Andranik paşanın əleyhinə idi. Daşnaklar bunların hamisinı bilirdi. Onların arxalandığı ancaq çar konsulu və onun nökəri olan Hacı Səməd xandan ibarət idi. Buna görə də onlar bizim dəyərli bir çıxış edə biləcəyimizə inanmayıb arxayın hərəkət edirdilər.
Könüllü yazmaq məntəqəsinə adamlar təyin etmişdik. Aldığımız məlumata görə birinci gün daşnakların səyi və təlaşına baxmayaraq, ancaq on bir nəfər könüllü yazılmışdı ki, bunların da ikisi asori idi. Daşnak təbliğatçılara isə on bir nəfər gəncə yüz nəfər də könüllü yazılmamış adamları qoşub şəhərdə gəzdirir və könüllü toplanışının müvəffəqiyyət qazandığını göstərmək istəyirdi. Bu nümayiş yazılmayanları tərğib etmək və yazılanların başını qatmaq üçün idi, çünki daşnaklar işə başlamadan əvvəl əks-təbliğatdan qorxurdular. Yazılanları nə gecə, nə də gündüz gözdən kənara buraxmırdılar. Onları gecə ikən Xoy şəhərinə, Andranikin qərargahına göndərmək istəyirdilər.
Bu gecə daşnak partiyasının köhnə üzvləri könüllü yazılanlar üçün bir vida ziyafəti hazırlamışdı. Ziyafət Sona bacının mehmanxanasında düzəldilmişdi, çünki Təbrizdə bundan da oynaq kef yeri yox idi.
Otaq dolu idi, boş kürsü yox idi. Bir stolun başında dörd nəfər əvəzinə səkkiz nəfər yerləşmişdi, öz pulu ilə kef edən və ziyafətə dəvət edilənlər bir-birinin qucağında oturmuşdu.
Piyalələr yenicə doldurulmuşdu. Sona bacının sifarişi üzrə Rusiya və Qafqazdan Təbrizə gəlmiş gözəl qızların hərəsi bir daşnakın nazını çəkirdi. Piyalə və məzələrin hərəsini bir gözəl qız hazırlayırdı. Çalğıçılar ancaq şərab və kefcil qadın məclislərinə məxsus mahnıları çalırdı. Andranik paşanın sağlığına qaldırılan piyalə 1I Nikolayın sağlığına qaldırılan piyalədən qabağa düşmüşdü. Haradansa Sona bacı Andranik paşanın böyüdülmüş şəklini taparaq kağız güllərlə bəzəyib, mehmanxana otağının yuxarı başında divara vurmuşdu.
Yerli sərxoşlardan Abbas xan Bəngi, Lilavalı Haşım ağa, Molla Zeynəb oğlu Hüseynbala, qatırçı nəvəsi Teymur ağa da bucaqdakı stolda oturub araq butulkasını təzəcə açmışdılar. Bunlar Sona bacının həm varlı, həm də nüfuzlu müştəriləri idi, çünki Lilavalı Haşım ağa ilə qatırçı nəvəsi Teymur ağa həm məşhur kefçi, həm də nüfuzlu və vurub-yıxan cavanlardan idi. Buna görə də Sona bacı bunların yanını boş qoymaq istəmədi. Qızların ən gözəlini seçib Abbas bəy Bənginin stoluna göndərdi.
Meyxanada yerli müsəlmanlardan ancaq dörd nəfər olduğu üçün daşnakların hamısı onlara hörmət edir və onları razı salmağa çalışırdı. Zatən Təbriz erməniləri ilə Təbriz müsəlmanları dinçi olduqlarına baxmayaraq, bir-birlərinə olduqca mehribandılar. Burada da eyni mehribanlıq davam edirdi: tez-tez Abbas xan Bənginin stolundakıların sağlığına içilirdi. Sərkis Turacyan ziyafətin başçısı və müəssisi olduğundan piyaləsini qaldırıb üzünü məclisə tutaraq deyirdi:
– Ağalar) Biz gərək bugünkü şad ziyafətimizə, şad və qəmli günlərdə bir-birimizdən ayrılmadığımız müsəlman dostlarımızı da çağıra idik. Bu bizim səhvimizdir. Bizim bu səhvimizi düzəltmək üçün cənab Abbas xan və bizim möhtərəm dostumuz Haşım ağa, Hüseynoala və Teymur ağa cənablarının özləri bizim kef məclisimizə gəibdir. onlar bu şad gündə də bizdən ayrılmaq istəməmişlər. Mən bu viyaləni bizim əziz qonşularımızın şərəfinə qaldırıraml..
Bir çoxları uzaqdan, bir çoxları da yaxından Abbas xanın stolundaoların şərəfinə içirdi. Daşnakların stollarından cürbəcür səslər eşidilirdi:
Müsəlmanlara bizim canımız qurbandır!
– Yaxşı igidlərə canımız qurban!
Ölənə kimi varıq!
– Allah qonşularımızı bizə çox görməsin!
Teymur ağanı öz anamın doğma oğlu kimi sevirəm.
– Haşım ağa ilə bizi kim ayıra bilər?l
Bu səslərin içərisində Səttar xan və Bağır xanın, Hüseyn Bağbanın və sairələrinin də adı çəkilirdi. Lakin Sərkis Turacyanın işarəsilə bu cür səslər çox tez aradan çıxdı.
Abbas xanın təbi gəlmişdi. O, yanında oturan qıza sual verdi:
– Xanımın ismi-şərifi nədir?
Qız bu sözü eşidən kimi başqa cür düşündü, azərbaycanca danışdığına baxmayaraq, Abbas xanın nə dediyini anlamadı, buna görə də boynundakı şarfı açıb:
– Doğrudur, bu istidə şarf nədir? – deyə dizinin üstünə qoydu. Haşım ağa qızın onu anlamadağını hiss etdiyi üçün izahat verdi:
– Cənab xan buyurur ki, xanımın adı nədir?
Qız utana-utana gülərək:
– Hə, bağışlayınız, baş tapmadım. Adım Süsəndir, – dedi və başındakı darağı ilə tüklərini daramağa başladı.
Abbas xan Bəngi hər yerdə olduğu kimi burada da şeir yazmağa başladı, dəmir qələmini çıxarıb bloknotunu əlinə aldı. Hamının gözü Abbas xanda idi, çünki onun xasiyyətini bilməmiş deyildilər, hamı gözlərini ona dikib nə vaxt şeir oxuyacağını gözləyirdi.
Nəhayət, Abbas xan növbədən xaric bir neçə piyalə araq içdikdən sonra qələmi qoynuna qoydu və üzünü Süsən xanıma tutub şeirini oxudu:
Saqi, ver məclisə dövr etdir o peymanələri,
Rövşən et şəmü, şərabilə bu kaşanələri.
Zahida, get sənin olsun hamı qılmanü, mələk
Dəng qılma məni, az söylə bu əfsanələri.
Vurma əl sirrimə, bəxş etdi bizim taleyimiz
Ruzi-əzzəl sənə məscid, mənə meyxanələri.
Mən görən mahüvəşin daneyi-xalin görsən
Yandırarsan bilirəm, səbheyi səd danələri.
Hamı qalxıb əl çaldı, təzədən piyalələri doldurub Abbas xanın şərəfinə içməyə başladılar.
Otağa beş nəfər əlavə olaraq gənc erməni girdi, onlar oturmağa boş yer axtarırmışlar kimi stolların arası ilə gəzib oturanları gözdən keçirirdilər. Bunları daşnaklardan heç birisi tanımırdı. Bunun üçün onlara əhəmiyyət verib stola dəvət edən yox idi. Az sonra içəriyə bir nəfər adam daxil olub, Lilavalı Haşım ağaya bir məktub verdi. O, məktubu yoldaşlarına göstərdikdən sonra durub Teymur ağa ilə bərabər bayıra çıxdı, stolun başında Abbas xan Bəngi, bir də Molla Zeynəb oğlu Hüseyn qalmışdı ki, bunlar da Süsən xanımı yedirmək və içirməklə məşğul idilər.
Məclisə tanış olmayan erməni gənclərinin hər birisi bir bucaqda durmuşdu, onlardan bir səs eşidildi:
– Əllərinizi yuxarı qaldırın!
Hamı piyaləsini yerə qoyub, səs gələn tərəfə baxdı. Beş nəfər əllərində onaçılan tapança və bomba durmuşdu, qapı ağzında da bir neçə nəfər tapança və bombalı dayanmışdı.
Hamının əlləri yuxarı qalxmışdı, bir neçə nəfər içəri girib daşnakların yanlarında olan silahları yığmağa başladı. Sonra da könüllü yazılan gənclərə müraciətlə:
– Mandatlarınızı verin! – dedilər. Mandatların hamısını alıb cırıb atdılar və onlara əmr etdilər: – Buradan durub birbaşa evinizə gedin! Andranikin könüllü ordusuna yazılanlar öz ailəsinin fəlakətinə səbəb olacaqdır!
Təhdid ilə onları evlərinə yola saldılar. Sonra da meyxanaçı ilə bərabər oradakı daşnakların qollarını bağladılar və Abbas xana müraciətlə:
– Yoldaşlarınız sizi bayırda gözləyir, onların bu işə müdaxilə etməməsi üçün bayıra çağırdıq, durub gedə bilərsiniz.
Onlar durub gedəndən sonra meyxana sahibi ilə birlikdə qadınların əl-ayağını sarıyaraq, qapını bağladılar...
Bu xəbərlər ildırım sürəti ilə Təbrizə yayıldı. Səhər könüllü toplayan məntəqə açılmamışdı, küçələrdə bir nəfər də olsa silahlı gəzən daşnak görünməyirdi, bir çox daşnak rəhbərlərinin gecəykən Təbrizdən qaçdıqları xəbəri gəldi.
Andranik paşanın Təbriz nümayəndəsi Hayk gecə küçədə bərk döyüldüyü və başı-gözü dağıldığı üçün yorğan-döşəkdə yatırdı, könüllü toplanan məntəqənin qapısını gecəykən erməni gəncləri sındırib oranı talan etmişdi. Divarlarda olan qanlı şüarları yırtıb, Andranik paşanın böyük təsvirinin altından yazmışdılar:
€Qanlı əlini çək Təbriz ermənilərindəni
Sənə də, səni işə göndərənlərə də lənətlə
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-gozlenmeyen-netice
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Leyla hələ zəhərin təsirindən yaxasını qurtara bilməmişdi. Onun müalicəsi dörd ildən bəri Həmədanda müalicəxana düzəltmiş yunanlı doktor Əlisaus Yusifidisə tapşırılmışdı. Doktor qızın müalicəsinə artıq diqqət verirdi. Xəstə iki həftə içərisində tamamilə sağalmışdı. Əmiri-Əfxəm də öz növbətində Leyla xanımı Həmədandan çıxarmaq və hərəmlərin fitnəsindən qurtarmaq üçün hazırlıq görürdü. Leyla yaxın günlərdə Əmiri-Əfxəmin «Murad bəy dərəsi» adlı yaylasına köçürüləcəkdi. Leylanın hər yerdən ümidi kəsilmişdi. Məsələni gənc doktor Yusifidisə anlatmaq və ondan nicat istəməyi qət etmişdi. Günün birində Leyla doktora müraciətlə dedi:– Siz mənə Biçeraxov dəstəsinin harada olduğunu deyə bilməzmisiniz?
XLI. Tez-tez görüşlərƏmiri-Əfxəmin başına gələn hadisədən iki gün keçirdi. Leyla xanım öz əmisinin evində səhər yeməyi yediyi vaxt, ona bir məktub verdilər. Məktubu yazan doktor Yusifidis idi. Əmiri-Əfxəmin həbsxanasından yazmışdı:«Möhtərəm Leyla xanım!
XLII. QəzvindəBiçeraxov Həmədandan Qəzvin üzərinə hücum etdiyi zaman, Leyla xanım Həmədanda qalmışdı. Çünki Qəzvin şəhərinin alınması ehtimal olunurdu.Kiçikxanın böyük hazırlıq gördüyü, alman miralayı Fon-Pahenin komandası altında böyük ordu yığması və ingilislər gəlmədən Qəzvin şəhərini işğal etmək şayiələri ağızdan-ağıza dolaşırdı. Lakin bu şayiələrin əsası olmadı. Fon-Pahen Kiçikxana təslim olmağa hazırlanmış Qəzvin şəhərini almağa cəsarət etmədi.
XLIII. QısqanclıqDoktorun Leyla ilə əlaqəsində mühüm bir dəyişiklik törəmişdi—onun çöhrəsində, hərəkətində, söhbətində belə bu dəyişikliyi görmək mümkün idi.Bahadır xanla Leyla xanımın sıx-sıx görüşlərindən razı qalmırdı, daima məsələni ifrata vardırmamaq üçün Leylaya tövsiyələr verirdi. Bu gün Leylaya nəsihət edib deyirdi: