Səhifə 1 / 4

Mehmanxanaya girdiyim zaman Qriqor ağa rus qızının məni tez-tez soruşduğunu xəbər verdi və qızın barəsindəki mülahizəsini əlavə etdi:

– Qızdan şübhələnirəm, onun gizlin bir sirri olmamış deyil. O sizi tez-tez soruşur və sizin yubanmağınızdan təlaşa düşür. Hətta o bir neçə kərə: €Yoxsa o mənə xəbər vermədən getdi? – deyərək həyəcanlanırdı. Lakin mən onu sizin burada olduğunuza inandırdım, sakit olub mənzilinə getdi. Hər halda burada bir sirr vardır. O qız casus deyilsə də, sizi başqa bir məqsədlə təqib edir. Onun köməksiz, əlacsız və möhtac baxışları özünün maddi tərəfdən darlıq çəkdiyini də göstərir. Mən mehmanxanaçılıq həyatında bu cür qadınlara teztez təsadüf edirəm. Ərindən, atasından, ailəsindən qaçan qızlara da bənzəmir.

Mən öz taleyimə güldüm, öz qəlbimdə: «Nə üçün bu cür qadınlar mənə təsadüf edir? – dedim və Qriqor ağaya sual verdim:

– O qız bu gün bir yerə getmişdimi?

-— Məncə, heç bir yerə getməmişdir. İşi sizi soruşmaq və otağına qayıtmaq olmuşdur.

– Onun yanına başqaları gəlmişdimi?

– Heç bir kəs gəlməmişdir.

Qriqor ağa ilə söhbətimiz burada bitdi. Otağı açdırıb içəri girdim, bir qədər düşündüm, əvvəlcə qızdan xəbərsiz çamadanı götürüb yola düşməyi, heç olmasa başqa bir yerə köçməyi qərara alaraq, bu şübhəli qızın gözündən uzaqlaşmaq istədim. Sonra da Qriqor ağa dediyi kimi. onun köməksiz və ehtiyac altında özünü şaşıran bir qız olduğunu zənn edərək, öz-özümə: €Yox, – dedim, – hərəkəti də bir casus olduğunu göstərmir. Nə isə onun varlığında bir bədbəxtlik gizlənmişdirə.

Bu fikirlər məni əvvəlki qərarımdan qaytardı. Zəngi basıb xidmətçini çağırdım, nahar yeməyinin öz otağımda hazırlanmasını tapşırdım, sonra da qıza kiçik bir məktub göndərdim:

«Əziz dostum! Mehmanxana sahibi məni soruşduğunuzu xəbər verdi. Sizdən nigaran qaldım. Bu gün bir az işim olduğuna binaən mehmanxanaya çox təxirlə qayıtdım. Məni bağışlayın. Qriqor ağa indiyə qədər nahar yemədiyinizi xəbər verdi, buna görə də nahar yeməyini öz otağımda hazır etdirmişəm. Sizi də gözləyirəm.

Əbülhəsənə.

Məktubu xidmətçi ilə göndərdim. On beş dəqiqə çəkmədən rus qızı şad bir üzlə gəldi, onun bütün hərəkəti qiymətli bir itkisini təzədən əldə edən bir adamı nişan verirdi. O öz titrək əlləri ilə mənim əlimi sıxaraq dedi:

– Mən sizdən tamamilə ümidimi kəsmişdim, elə düşünürdüm ki, siz məni burada yalqız buraxıb getdiniz.

– O düşüncələr sizi məndən küsdürmədimi?

– Ona səlahiyyətli deyildim, lakin bir-birimizi lazımınca tanımadan, vidalaşmadan ayrılmağımıza təəssüf edirdim.

– Əcəba, siz Təbrizdən Culfaya qədər və burada etdiyimiz uzun söhbətlər nəticəsində mənim qadınlara nə qədər hörmət bəslədiyimi öyrənmədinizmi?

– Bundan sonra mən adamları öyrənməyə çalışmayacağam. Bu tövsiyəni sizdən aldım. Mən uşaqlıqdan bəri öyrənmək istədiyim və öyrəndiyimi zənn etdiyim bir adam haqqında savadsızlığımı ancaq bir həftə bundan əvvəl anladım. Siz deyən kimi, insan əvvəlcə özünü öyrənməlidir.

Gözəl qızın bu cümləsində məsələ qismən aydınlaşırdı. O, sevgisindən məhrum olan bir qız kimi danışdı. Mən onun kədərini söndürmək və onu məşğul etmək üçün mövzunu dəyişdirdim və ona sual verdim:

– Hazırda özünüzü öyrənirsinizmi?

– Yox, öyrənə bilmirəm. Dərs oxumaq, xüsusən həyat dərsini keçmək üçün bir ürək şadlığı da lazımdır.

– Öyrənin! Lakin insan bir məqsəd üçün öz-özünü öyrənməlidir. Bu öyrənişdə isə insan, hər şeydən əvvəl, həyat yolunda tikanlar əkən səhvlərin buraxılmamasına çalışmalı, səadətverici vasitələri düzgün təyin etməlidir. Bir çox təsadüflərdə sevgi insanın gözündə və şüurunda korluq və düşünməməzlik yaradır. Xüsusən gözəllik elə bir şeydir ki, insanı öyrənmək işinə əngəl törədir. Onu parçalayıb insan qəlbinə girmək olmur. İnsan özünü öyrəndiyi zaman bu cəhətlərə də diqqət verməlidir. Sevgi elə bir şeydir ki, o, istiqbal sevməz, o bir saat bundan sonranı düşünməz. Sevgi bir ailənin tarixi şərəfini bir anda məhv edə bilər. O, hər şeyi bacarar, o, bir cəllad kimi insanı başqasının əli ilə yox, öz əli ilə də öldürə bilər. Buna görə də gözəl qız özünü öyrəndiyi zaman, hər şeydən əvvəl, öz sevgi hisləri ilə tanış olmalıdır. Mənim gözəl dostum hərgah burada bir səhv buraxmışsa, onu bir daha təkrar etməməlidir. Öz dediyinizə görə iyirmi iki yaşınız vardır. Hələ gec deyildir.

Bu sözlərimdən qızın qəlbinin yarası deşildi, gözlərinin bulaqları yavaş-yavaş damcılamağa başladı, o, şiddətlə ağladı, titrək bir səslə:

– Siz dediyiniz mənəm! - dedi. – Mənim gözüm və şüurum kordur. Gözəllik mənim insanı öyrənmək işindəki təlaşlarıma ümidsizliklə nəhayət verdi. Mən öyrənmək istədiyim gözəl bir gəncin qəlbinə girə bilmədim.

O ağlayırdı, mən isə onun saçlarını sığallayıb sakit etməyə çalışırdım.

– Ağlamağa lüzum yoxdur. Bizim hamımız beləyik. Dostluğumuz davam edərsə, bu barədə uzun-uzadı danışarıq. Nə bilirsiniz, bəlkə, sizin qarşınızda duran Əbülhəsənbəy də eyni vəziyyətdədir? Əziz dostum, həyat acı toxumlu şirin meyvələrə bənzəyir. Zəhəri bilərəkdən və bilməyərəkdən içənlər də vardır. Həyatı ölümlə dəyişmək istəyən milyonlarla həvəskar tapa bilərsiniz. Dünyada çırkinliyi üçün bədbəxt olanlar və gözəlliyi səbəbinə fəlakətə düşən— lərin həddi-hesabı yoxdur. Bunları saymaqda məqsədim sizi bədbinliyə düşürmək və gələcəkdən ümidinizi kəsmək deyil. Dünyada elə bir səhv üçün ağlamalısınız ki, onun islahı mümkün olmasın. Böyük bir sərvətiniz əlinizdən çıxmışsa, onun üçün ağlamağınız yersizdir, çünki gənclik və gözəllik, xüsusən tərbiyəli olmaq qadın üçün ən böyük bir zənginlikdir. Gənclik və gözəllik elə bir cavahirdir ki, bütün zənginliklər onunla ələ gətirilir. Siz olduqca gözəl, gənc, təröiyəli bir qızsınız. Ağıllı mühakimələriniz vardır, gözəlliyinizi sizin özünüzə tərif etmək artıqdır. Hərgah özgə bir adamınız ölmüşdürsə, onu da bilirsiniz ki, iki şeyi geri qaytarmaq mümkün deyildir, onun əirisi həyat, o birisi də gənclikdir. Lakin mən sizin ağlamağınıza tanamilə başqa bir məna verirəm. Məncə, siz ilk sevdiyiniz bir adamı tirmişsiniz, bunun üçün də ağlayırsınız. Əziz dostum, hərgah sevdiyiniz zat sizi ataraq başqası ilə yaşayırsa, o barədə ağlamağınız tamamilə yersizdir, çünki həqiqi sevgili o adamdır ki, özünü sevən qızı da sevsin. Madam ki, sizi sevmirmiş, onun üçün ağlamaq lazım deyil. Hərgah siz onunla hədər keçirdiyiniz günlərə acıyırsınızsa, o zaman qismən haqlısınız, çünki bu da bir itki üçün deyil, təhqir olunmaq üçündür.

Qız redikülündən dəsmalını çıxarıb gözlərini sildi və stolun üstündəki sudan bir az içərək sözə başladı:

– Elədir, mənim peyğəmbəriml - dedi. – Bir alçağı itirdiyim üçün yox, gənc günlərimi itirdiyim və təhqir olunduğum üçün ağlayıram. O məni həm aldatdı, həm də çıxılmaz bir vəziyyətdə buraxdı. Atam Türkiyə cəbhəsindədir. Polkovnikdir. Harada olduğu, ölübqaldığı məlum deyildir. O bizi idarə edirsə də, anamla çoxdan yaşamirdi. O, anamı seryant olduğu zaman almışdı, lakin çara böyük bir xidmət göstərdiyi üçün ona zabitlik rütbəsi verdilər. Böyüdü, daha anamı bəyənmədi, buraxıb başqa bir qadın saxlamağa başladı. Anamın talesizliyindən mənim də payıma düşdü. Çoxdan bəri məni sevən və hələ məktəbdə ikən mənə rahatlıq verməyən bir gəncə söz verdim. O məni, mən onu sevdiyimdən daha artıq sevirdi, gözəl idi, dilli və bacarıqlı idi. Hərbi məktəb qurtarmışdı, İrana göndərilən bir polka kapitan rütbəsi ilə təyin olundu. Getdiyi zaman mənə Oryol şəhərindən iki sətirlik bir məktub yazmışdı. Məktubda: «Mənim həyatım Ksenyal İrandan kağızım gələn kimi yığışıb gələrsən. Ananı da, kiçik bacını da gətir. İmperator ordusunun təzə işğal etdiyi İranı çox yaxşı tərif edirlər), – yazmışdı. Mən onun İrandan yazacağı məktubun intizarını çəkirdim, nəhayət, ay yarım keçəndən sonra Təbrizdən məktubunu aldım. Ünvanını göndərib məni təcili öz yanina çağırmışdı. Mən özüm anamın və bacımın hazırlığını gözləmədim, məktubunu aldıqdan bir gün sonra Təbrizə yola düşdüm, onun ünvanına getdim. Özü evdə yox idi. Müvəqqəti cəbhəyə getmişdi. Məni bir qadın qarşıladı, şeylərimi içəri qoydular, özüm də soyundum, yuyundum, ev xidmətçisindən orada olan və məni qarşılayan qadının kim olduğunu soruşduqda, o: «Ağanın təzə aldığı xanımdır),

– dedikdə məni heyrət götürdü. Öz-özümə: Əcəba, bu alçaq evlənmişdisə, nə üçün məni çağırırdı, nə üçün məni və ailəmi Arxangelskdən avara edib buraya gətirirdi? Mən işimi, vəzifəmi, evimi, ailəmi itirib tanımadığım bir ölkəyə düşdümə, – deyə şiddətlə ağladım. Onun təzə arvadı isə mənə təsəlli verdi və iş-işdən keçdiyini söylədi, eyni zamanda bağlı bir paketi də mənə verdi. Həmin alçaq, paketə beş yüz manat pul qoymuşdu. Bu məktubu da yazmışdı: cƏzizim, hörmətli Ksenyal Mən çox düşündükdən sonra birlikdə xoşbəxt ola bilməyəcəyimizi təyin etdim, buna görə də evdə beş yüz manat para buraxdım, onunla yenə də öz yerinizə qayıda bilərsən. Sənin üçün xoşbəxtlik diləyirəm. Xudahafiz. Peratovp. Gecəni orada yatdım, səhər tezdən qalxıb konsulxanaya gedib vəziyyəti anlatdım, konsul Təbrizdə mənə iş verəcəyini vəd etdi. Mehmanxanada mənə yer verdirdi. Nəhayət, dörd gündən sonra anamın Moskvadan teleqramını aldım. Konsulxanadan təcili bir vəsiqə alıb onları istiqbal etmək üçün Culfaya gəldim. Hesabıma görə onlar dünən gəlməli idilər. Lakin gəlib çıxmadılar. Bilmirəm, başlarında nə hadisə vardır. İndi siz özünüz düşünün, hazırda dünyada məndən də bədbəxt bir qız vardırmı?l

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XXIII. Yeni hökumətin siması

«Müfəssəl deklarasiya dinləmək üçün vaxt olduqca azdır. Birləşmiş iclas Bakını müdafiə tədbirlərinin müzakirəsinə həsr edilməlidir.Tiq-Çonson

3 dəq
XXIV. Esterin həbs edilməsi

Bolşeviklərin həbsə alınması və onların əmlakının və hərbi ləvazimatın müsadirə edilməsinə dair çıxarılan qərar Esterə olduqca ağır təsir bağışladı. Esterin zənnincə bütün bolşevik işçilər həbsə alınacaq və edam ediləcəkdi. O, bolşeviklərə məhəbbət bəsləyir və onların hökumət başından çəkilməsinə çox kədərlənirdi. Esterin bolşeviklərə bəslədiyi hüsn-rəğbətdə, Vahanla olan səmimi əlaqəsi də mühüm rol oynamaqda idi.O, daima qəlbində «Bolşeviklər yaxşı və xalqın qeydinə qalıcı adamlar olmasaydı, Vahan onlara qoşulmazdı» deyə düşünürdü.

5 dəq
XXV. Bolşeviklər Həştərxana gedir

«Mən ingilis imperializmi ilə birləşib Almaniya imperializminə qarşı müharibə etmərəm. Mən vətənimə hücum edən bütün imperialistlərə qarşı amansız mübarizə aparacağam.Petrov

5 dəq
XXVI. «Üçüncü Bahadır şah»

Şahzadə Bahadır xanın şərəfinə verilən ziyafətdə Bakı ziyalısından başlayaraq, Bakı milyonçusuna qədər hamı iştirak etdi. Türklərin şəhərə yaxınlaşmasını görüb Bakı kəndlərinə, xüsusən Mərdəkana yığılmış «müsavat» partiyası rəhbərləri də bu ziyafətdə iştirak edirdilər.Ziyafətdən üç mühüm məqsəd vardı. Onlardan biri ziyafəti təşkil edən Hacı Zeynalabdin Tağıyevin daşıdığı məqsəd idi.

5 dəq

Başqa şairlərin şeirləri